Futbol. DÇ-2018. Kolumbiya - Yaponiya oyunu

DÇ-2018: "Doğan Günəş" ölkəsi futbol dərsi verdi

134
(Yenilənib 18:04 19.06.2018)
Kolumbiya millisi oyunun sonuna qədər bir neçə təhlükəli vəziyyət yaratsa da, qol vura bilməyib və 1:2 hesabı ilə məğlub olub

BAKI, 19 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatının H qrupunda ilk oyun baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Kolumbiya millisi Yaponiya yığması ilə üz-üzə gəlib.

Oyun elə ilk dəqiqələrdən dramatik xarakter alıb. Artıq 3-cü dəqiqədə Kolumbiya millisinin oyunçusu Karlos Sançes əllə oynadığına görə qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, hazırkı çempionatda göstərilən ilk qırmızı vərəqə olub. Yaponiya milisinin oyunçusu Şindzi Kaqava isə 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb.

Birinci hissənin sonuna yaxın Kolumbiya millisinin oyunçusu Xuan Kintero cərimə zərbəsindən hesabı bərabərləşdirib. Amma Yaponiya komandası 73-cü dəqiqədə növbəti dəfə irəli keçib. Keysuke Xondanın baş zərbəsi dəqiq olub.

Kolumbiya millisi oyunun sonuna qədər bir neçə təhlükəli vəziyyət yaratsa da, qol vura bilməyib və 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu qrupda digər oyun Polşa və Seneqal yığmaları arasında olacaq.

134
Teqlər:
Yaponiya, Kolumbiya, dünya çempionatı, futbol, Rusiya
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Bu gün hansı oyunlar keçiriləcək
DÇ-2018: Əzmkar futbol öz nəticəsini verdi
DÇ-2018: Almaniya ənənəni pozmadı
DÇ-2018: Messinin uğursuz başlanğıcı
DÇ-2018: Portuqaliya – İspaniya – 3:3