DÇ-2018, Tunis-İngiltərə, Dilan Bronn, Dele Alli, Cordan Pikford

DÇ-2018: Əzmkar futbol öz nəticəsini verdi

99
(Yenilənib 18:04 19.06.2018)
G qrupunda ilk turdan sonra Belçika və İngiltərə milliləri liderliyi ələ alıblar

BAKI, 18 iyun — Sputnik. Futbol üzrə dünya çempionatı davam edir. Bu gün G qrupunda yarışan Tunis və İngiltərə yığmaları meydançaya çıxıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, Volqoqrad şəhərində keçirilən görüşün birinci hissəsinə ingilislər daha fəal başlayıblar. 11-ci dəqiqədə Harri Keyn Tunisin qapıçısı Tue Hassenin qaytardığı topu qapıya yönəldib — 1:0. 

Bundan sonra oyun qarşılıqlı hücumlarla keçib. 35-ci dəqiqədə isə ingilislərin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Ferjani Sassi şansını əldən verməyib — 1:1. İlk yarı bu hesabla başa çatıb.

İkinci hissədə ingilislər üstünlüyü ələ alıblar. Lakin onlar uzun müddət hücum imkanlarını qola çevirə bilməyiblər. Yalnız Harri Keyn artırılmış ilk dəqiqədə özünün bu oyunda ikinci topunu vurub — 2:1.

Bu qrupda keçirilmiş digər görüşdə Belçika Panamaya böyük hesabla qalib gəlib — 3:0.

99
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
Belçika yığması tarix yazdı
Dünya çempionatında bu gün sensasiyasız başladı
DÇ-2018: Almaniya ənənəni pozmadı
Avropa komandalarının daha bir uğuru