DÇ-2018, İsveç - Cənubi Koreya

Dünya çempionatında bu gün sensasiyasız başladı

1000
F qrupunda ilk turdan sonra Meksika və İsveç yığmaları hərəyə 3 xal toplayıblar

BAKI, 18 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında F qrupunda ilk turun ikinci görüşü keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nijni Novqorodda keçirilən oyunda İsveç və Cənubi Koreya milliləri qarşılaşıblar. Birinci hissə əsasən isveçlilərin hücumları ilə keçib. Lakin onlar qol vur bilməyiblər. Koreyalıların əks-hücumları da nəticə verməyib — 0:0.

İkinci hissənin 65-ci dəqiqəsində Klassona qarşı qayda pozuntusuna görə koreyalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Qrankvistin zərbəsi dəqiq olub — 1:0. Oyun elə bu hesabla başa çatıb.

Bu qrupda keçirilən digər görüşdə dünən Meksika sensasiyalı şəkildə Almaniyaya qalib gəlmişdi — 1:0.

1000
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
Daha bir Afrika millisindən uğursuz start
Avropa komandalarının daha bir uğuru
Avropa yenə də Cənubi Amerikaya qalib gəldi
Mundialın gözəl azarkeşləri fotolarda