DÇ-2018, Braziliya-İsveçrə görüşü, Behrami Paulinyoya qarşı

Dünya çempionatında növbəti gözlənilməz nəticə qeydə alındı

295

BAKI, 17 iyun — Sputnik. Rusiyada keçirilən dünya çempionatında E qrupunda ilk turun ikinci görüşü keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu görüşdə beşqat dünya çempionları İsveçrə millisi ilə qarşılaşıblar.

Gözlənildiyi kimi, oyun braziliyalıların hücumları ilə başlayıb. 20-ci dəqiqədə Koutinyo effektiv zərbə ilə topu isveçrəlilərin qapısına yönəldib — 1:0. Braziliyalılar hücumlarını davam etdirsələr də ilk yarıda hesab dəyişməyib.

İkinci hissədə isveçrəlilər buraxılmış topun əvəzini çıxmağa nail olublar. 50-ci dəqiqədə künc zərbəsindən ötürülən topu Zuber dəqiq baş zərbəsi ilə qapıya yönəldib — 1:1. Bundan sonra Braziliya yığması var gücü ilə irəli atılaraq qələbə topunu vurmağa cəhd edib. Lakin onlar öz hücumlarını qola çevirə bilməyiblər. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

Bu qrupda keçirilmiş ilk oyunda Serbiya Kosta-Rikaya 1:0 hesabı ilə qalib gəlib.

295
Teqlər:
Futbol üzrə dünya çempionatı, Koutinyo, Zuber, Rusiya, İsveçrə, Braziliya, Kosta-Rika, Serbiya
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: Almaniya ənənəni pozmadı
Avropa komandalarının daha bir uğuru
Mundialın gözəl azarkeşləri fotolarda
Avropa yenə də Cənubi Amerikaya qalib gəldi