Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa komandalarının daha bir uğuru

© Sputnik / Михаил Воскресенский / Mediabanka keçidDÇ-2018, Kosta-Rika - Serbiya, serblərin qolu
DÇ-2018, Kosta-Rika - Serbiya, serblərin qolu - Sputnik Azərbaycan
Abunə olmaq
E qrupunda ilk oyun keçirilib

BAKI, 17 iyun — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında E qrupunda görüşlər start götürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq Kosta-Rika və Serbiya yığmaları meydançaya çıxıblar.

Samarada keçirilən oyunun birinci hissəsində qarşılıqlı hücumlara baxmayaraq hesab açılmayıb. İkinci hissənin əvvəlində serblər təzyiqi artırıblar. Belə hücumların birində Kosta-Rikanın qapısına tərəf cərimə zərbəsi təyin olunub. Serblərin hücumçusu Aleksandr Kolarov cərimə zərbəsini gözəl bir şəkildə yerinə yetirərək komandasını irəli çıxarıb — 1:0.

Bu qoldan sonra Kosta-Rika irəli atılaraq qolun əvəzini çıxmağa çalışıb. Lakin hesab dəyişməyib və serblər qrupda ilk qələbələrini qazanıblar — 1:0.

Xəbər lenti
0