Xorvatiya-Nigeriya görüşü

Daha bir Afrika millisindən uğursuz start

40
(Yenilənib 00:03 18.06.2018)
Xorvatiya çempionata çıxışa uğurla başlayıb

BAKI, 17 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında D qrupunda ikinci oyun olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, qarşılaşmada Xorvatiya və Nigeriya güclərini sınayıblar.

Birinci hissənin 32-ci dəqiqəsində nigeriyalı Etebo topu öz qapısına yönəldib və Xorvatiya 1:0 hesabı ilə önə çıxıb.

70-ci dəqiqədə isə Modriç 11 metrlik cərimə zərbəsindən hesab arasındakı fərqi artırıb — 2:0.

Oyun elə bu hesabla başa çatıb.

Bu qrupda keçirilmiş digər oyunda Argentina və İslandiya yığmaları heç-heçə oynayıblar — 1:1.

40
Teqlər:
Futbol üzrə dünya çempionatı, Etebo, Modriç, Nigeriya, Xorvatiya, İslandiya, Argentina
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
Avropa yenə də Cənubi Amerikaya qalib gəldi
DÇ-2018: Messinin uğursuz başlanğıcı
Mundialın gözəl azarkeşləri fotolarda