Rusiya - Səudiyyə Ərəbistanı oyunu

DÇ: Rusiya rəqibini darmadağın etdi

164
Gözlənildiyi kimi, Rusiya komandası bu oyunda qələbə qazanıb

BAKI, 14 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatının ilk oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, açılış oyununda çempionat sahibi Rusiya komandası ilə Səudiyyə Ərəbistanı yığması üz-üzə gəlib.

Gözlənildiyi kimi, Rusiya komandası bu oyunda qələbə qazanıb. Amma çempionatın autsayderlərindən sayılan Rusiya millisi gözlənilmədən güclü oyun nümayiş etdirib və 5:0 hesablı qələbə qazanıb. Qolları Yuri Qazinski (12), Denis Çerışev (43, 90+1), Artyom Dzyuba (71), Aleksandr Qolovin (90+4) vurublar.

Xatırladaq ki, dünya çempionatı Rusiyada ilk dəfə keçirilir. Çempionat iyunun 14-dən iyulun 15-nə kimi Rusiyanın 11 şəhərində — Moskva. Sankt-Peterburq, Samara, Saransk, Rostov-Don, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijniy-Novqorod və Yekaterinburq şəhərlərində baş tutacaq. 

164
Teqlər:
açılış, Səudiyyə Ərəbistanı, Rusiya, qələbə, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
Futbol üzrə dünya çempionatı başladı
Dünya çempionatına görə aclığa başladılar
Futbol üzrə dünya çempionatı oyunlarının nəticələri
Qalmaqallar dünya çempionatından qabaq start götürüb...
Dünya çempionatının ulduz qonaqları məlum olub
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

9
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9

“Neftçi”nin keçmiş vitse-prezidenti COVID-19-dan vəfat etdi

31
(Yenilənib 14:19 12.07.2020)
“Neftçi” futbol klubunun keçmiş vitse-prezidenti İlqar Quluzadənin ölümünü Azərbaycan Cüdo Federasiyasının əməkdaşı təsdiqləyib

BAKI, 12 iyul — Sputnik. Bakının “Neftçi” futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Sputnik Azərbaycan bu barədə klubun mətbuat xidmətinə istinadla məlumat verir.

© Photo : REPORT
İlqar Quluzadə

“Neftçi”nin sabiq funksionerinin vəfatı barədə ilk dəfə Azərbaycan Cüdo Federasiyasının əməkdaşı Rahim Məhərrəmov sosial şəbəkədə yazaraq onun ölüm səbəbi kimi COVID-19-a yoluxmasını qeyd edib.

İ.Quluzadə 2008-ci ilin iyununadək “Neftçi”nin icraçı direktoru işləyib, 2009-cu ilin sentyabrınadək isə paytaxt klubunun vitse-prezidenti olub.

“Neftçi” klubu İ.Quluzadənin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

31
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi
Azərbaycanda daha bir İcra Hakimiyyətində iki məsul işçi COVID-ə yoluxub
Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0