Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə dünya çempionatı başladı

© REUTERS / Maxim Shemetov2018 FİFA Dünya Kubokunun açılış mərasimi
2018 FİFA Dünya Kubokunun açılış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, dünya çempionatı Rusiyada ilk dəfə keçirilir

BAKI, 14 iyun — Sputnik. Rusiyada futbol üzrə 21-ci dünya çempionatının açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimi Moskvanın "Lujniki" stadionunda baş tutub.

Təntənəli açılış mərasimində dövlət və hökumət rəhbərləri, eləcə də FİFA rəhbərləri iştirak ediblər. Açılış mərasimində Rusiya Federasiyası prezidenti Vladimir Putin çıxış edib.

Mərasim Bakı vaxtı ilə saat 18:30-da başlayıb. Məşhur müğənni Robbi Uilyams meydana çıxaraq mahnı oxuyub. Bundan sonra əfsanəvi braziliyalı futbolçu Ronaldo meydanda görünüb.

© REUTERS / Kai Pfaffenbach2018 FİFA Dünya Kubokunun açılış mərasimi
2018 FİFA Dünya Kubokunun açılış mərasimi  - Sputnik Azərbaycan
2018 FİFA Dünya Kubokunun açılış mərasimi

Səhnədəki aktyorlar Uilyamsın mahnısına uyğun olaraq rus dilində "Sevgi" sözünü qurublar, sonra onu "Love"yə çeviriblər. Ardınca Robbi Ulyamsın və ünlü opera müğənnisi Aida Qarifullinanın möhtəşəm dueti olub.

"Angels" mahnısı altında aktrisa Viktoriya Lopıreva meydana dünya çempionatının rəsmi topunu çıxarıb. Daha sonra balaca oğlan, Ronaldo və çempionatın simvolu "Zabivaka" topa simvolik zərbə endiriblər.

Ardınca Rusiya prezidenti Vladimir Putin çıxış edib, qonqları və yarış iştirakçılarını salamlayıb: "Bütün komandalara uğur, azarkeşlərə isə unudulmaz anlar arzulayıram. Rusiyaya xoş gəlmisiniz!"

© REUTERS / Maxim Shemetov2018 FİFA Dünya Kubokunun açılış mərasimi /
2018 FİFA Dünya Kubokunun açılış mərasimi / - Sputnik Azərbaycan
2018 FİFA Dünya Kubokunun açılış mərasimi /

Putindən sonra FİFA prezidenti Canni İnfantino çıxış edib və çıxışına rus dilində başlayıb. O, yaxın bir ərzində Rusiyanın bütün dünyanı fəth edəcəyini bildirib: "Dünyanın ən böyük bayramından həzz alın!"

Xatırladaq ki, dünya çempionatı Rusiyada ilk dəfə keçirilir. Çempionat iyunun 14-dən iyulun 15-nə kimi Rusiyanın 11 şəhərində — Moskva. Sankt-Peterburq, Samara, Saransk, Rostov-Don, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijniy-Novqorod və Yekaterinburq şəhərlərində baş tutacaq.    

Xəbər lenti
0