Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tarixdə Birinci Avropa Oyunlarının açılış mərasimi

© AFP 2023 / KIRILL KUDRYAVTSEVBakı-2015 Avropa Oyunlarının açılış mərasimi
Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub

BAKI, 12 iyun — Sputnik. 2015-ci il iyunun 12-də Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir sıra ölkələrin prezidentləri, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edib.

“Bakı-2015” ilk Avropa Oyunlarında 6 min atlet 20 idman növündə 253 dəst medal uğrunda mübarizə aparıb. İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub.

Xəbər lenti
0