BMX üzrə dünya çempionatına yekun vuruldu

Bakıda mötəbər yarışa yekun vuruldu

32
(Yenilənib 11:54 11.06.2018)
Son yarış günündə gənclər və elit kateqoriyasında qaliblər müəyyənləşib

BAKI, 11 iyun — Sputnik. Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatıb. Son yarış günündə gənclər və elit kateqoriyasında qaliblər müəyyənləşib.

Azərbaycan Velosiped Federasiyasının (AVF) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gənc qızların mübarizəsində hollandiyalı İndi Şipers 38.038 saniyə nəticə ilə hamıdan üstün olaraq qızıl medal qazanıb. Gümüş medala isveçrəli Zoe Klassens, bürünc medala isə Kolumbiya idmançısı Qabriella Bolle Karrillo layiq görülüb.

Gənc oğlanların yarışında birinci yeri 33.077 saniyə nəticə ilə fransalı Leo Qaroyan tutub. Kolumbiyalı Kamilo Xuan Ramirez Valensia çempionatı ikinci, çilili İqnasio Maurisio Molina Verqara üçüncü pillədə başa vurub.

Elit kateqoriyada yarışan qadınlar arasında Hollandiya idmançıları ilk üç pillədə yer alıblar. Laura Smulders 35.690 saniyə göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Merel Smulders gümüş, Cudi Baau bürünc medala sahib olub.

  • BMX üzrə dünya çempionatına yekun vuruldu
    BMX üzrə dünya çempionatına yekun vuruldu
    © Photo : Media Secretary Azerbaijan Cycling Federation
  • BMX üzrə dünya çempionatına yekun vuruldu
    BMX üzrə dünya çempionatına yekun vuruldu
    © Photo : Media Secretary Azerbaijan Cycling Federation
  • BMX üzrə dünya çempionatına yekun vuruldu
    BMX üzrə dünya çempionatına yekun vuruldu
    © Photo : Media Secretary Azerbaijan Cycling Federation
  • BMX üzrə dünya çempionatına yekun vuruldu
    BMX üzrə dünya çempionatına yekun vuruldu
    © Photo : Media Secretary Azerbaijan Cycling Federation
  • BMX üzrə dünya çempionatına yekun vuruldu
    BMX üzrə dünya çempionatına yekun vuruldu
    © Photo : Media Secretary Azerbaijan Cycling Federation
  • BMX üzrə dünya çempionatına yekun vuruldu
    BMX üzrə dünya çempionatına yekun vuruldu
    © Photo : Media Secretary Azerbaijan Cycling Federation
1 / 6
© Photo : Media Secretary Azerbaijan Cycling Federation
BMX üzrə dünya çempionatına yekun vuruldu

Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəxri kürsünün ilk 2 pilləsinə qalxıblar. Fotofinişə əsasən, 31.426 saniyə nəticə ilə Silven Andre birinci olub. Onun komanda yoldaşı Joris Dode ikinci pillədə qərarlaşıb. İlk üçlüyü Braziliya idmançısı Anderson Ezekel de Souza Filho tamamlayıb.

Qaliblərə medalları Beynəlxalq Velosipedçilər İttifaqının vitse-prezidenti Renato Di Rokko, qurumun BMX komissiyasının sədri və Idarə Heyətinin üzvü Artur Lopes, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.

İlk üç pillədə qərarlaşan idmançılara medal və çempionatın rəsmi talismanı olan Qafqaz bəbiri, qalib idmançılara isə çempionluq köynəyi verilib. Mükafatlandırma mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb. Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500-dən artıq velosipedçi iştirak edib.

32
Teqlər:
BMX, dünya çempionatı, velosiped, gümüş, Bakı, qızıl, medal, bürünc, idman, qalib
Əlaqədar
Paytaxtda daha bir mötəbər yarışa start verilib
Qəbələdə keçirilən beynəlxalq yarış başa çatdı
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

19
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

19
Teqlər:
Formula-1 yarışı, Formula 1
Oskar heykəli, arxiv şəkli

Hollivudla əməkdaşlıq edən məşhur idmançı "Oscar" almaq istəyir

13
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib.

BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

13
Teqlər:
Oskar, Hollivud, Həbib Nurməhəmmədov

Bu gündən bir neçə sinif üzrə milli qiymətləndirməyə başlanılıb

0
(Yenilənib 10:14 05.03.2021)
Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir

BAKI, 5 mart — Sputnik. III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib. Qiymətləndirmə prosesi 5-12 mart tarixlərini əhatə edəcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, 7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir. Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

0
Teqlər:
imtahan, Təhsil Nazirliyi, məktəb, sinif, qiymətləndirmə