David Lappartyen

İlham Əliyevə təşəkkür edən prezident: "Bütün ölkələri bu prosesə cəlb edəcəyik"

21
(Yenilənib 14:37 07.06.2018)
Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti: "Nəinki Veloparkın ərazisi, ümumiyyətlə burada yaradılmış yüksək şərait, xoş atmosfer məndə çox böyük təəssürat oyatdı"

BAKI, 7 iyun — Sputnik. "Prezident İlham Əliyevlə görüşmək mənim üçün çox böyük şərəfdir. Ölkənizdə idmanın bütün növləri kimi, velosiped idmanının da inkişafına göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdaram".

BMX üzrə dünya çempionatının açılış mərasimi olub
© Photo : Media Secretary Azerbaijan Cycling Federation

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri BMX üzrə dünya çempionatı ilə əlaqədar Bakıda olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartyen jurnalistlərə müsahibəsində deyib.

Ölkəmizə səfərə gələrkən ilk növbədə dünya çempionatının keçirildiyi Bakı Veloparkına baş çəkdiyini vurğulayan David Lappartyen bildirib: "Nəinki Veloparkın ərazisi, ümumiyyətlə burada yaradılmış yüksək şərait, xoş atmosfer məndə çox böyük təəssürat oyatdı. Mən 2015-ci ildə ilk Avropa Oyunları zamanı burada olmuşam. O vaxtdan bu günədək trek yenidən qurulub, səviyyəsi artırılıb. Bu, bizi çox sevindirir".

"Bu il BMX üzrə dünya çempionatında 43 ölkədən 1500-dən çox idmançının iştirak etməsi bu idman tədbirinin uğurunun göstəricisidir. Biz dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik. Məşqçilər, idmançılar və onların valideynləri ilə söhbətlərimizdə çempionatın yüksək səviyyədə təşkil edildiyi bildirildi", — UCI prezidenti vurğulayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti kimi 2017-ci ilin sentyabrında fəaliyyətə başladığını vurğulayan David Lappartyen daha sonra deyib: "UCI-nin prezidenti seçildikdən sonra bir sıra mühüm tədbirlər həyata keçirmişik. İlk növbədə, milli federasiyalara dəstək göstərməyə çalışırıq".

"Əsas məqsədimiz bütün ölkələrdə velosiped idmanının inkişafına nail olmaqdır. Buna görə bütün ölkələri bu prosesə cəlb edəcəyik. Biz dopinqə və digər mənfi hallara qarşı amansız mübarizə aparmaqda davam edəcəyik. Əsas məqsədlərimizdən biri də velosiped idmanını əsrin idman növünə çevirməkdir", — o əlavə edib.

21
Teqlər:
David Lappartyen, UCI, prezident İlham Əliyev, idman, Azərbaycan
Əlaqədar
Velosipedi təzədən icad edib, həm də sözün həqiqi mənasında
Velosiped sürməklə sağlam olmaq istəyirdi, əksinə oldu
Pərviz Musayev: "Meydançaya aparılan velosipedlərin təhlükəsizliyinə zəmanət verilmir"
Bakıda sərnişin avtobusa velosipedlə mindi və belə cəzalandırıldı
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

39
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

39
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC