Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ı məğlub edə bilmədi, kuboku qazandı

© Sputnik / Nina Zotina / Mediabanka keçidФутбол. Товарищеский матч. Аргентина - Нигерия
Футбол. Товарищеский матч. Аргентина - Нигерия - Sputnik Azərbaycan
Abunə olmaq
"Atletiko" bu mövsümdə Çempionlar Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubu ilə eyni qrupda olub

BAKI, 17 may — Sputnik. Avropa Liqasında final oyunu keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, turnirin qalibi Fransanın Lion şəhərində müəyyənləşib.

Finalda Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su qarşılaşıb.

Görüş ispanların qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub.

Qolları Qrizman (21, 49) və Qabi (89) vurublar.

Xatırladaq ki, "Atletiko" bu mövsümdə Çempionlar Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubu ilə eyni qrupda olub. Komandalar arasında keçirilmiş hər iki görüş heç-heçə başa çatıb. Çəhz bu qrupda tutduğu üçüncü yerin sayəsində "Atletiko" Avropa Liqasında yarışı davam etdirib.

Xəbər lenti
0