Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məktəblilərimiz hərbi tapşırıqların öhdəsindən gəldilər

© AR Ministry of Defense“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib
“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Şahin" hərbi-idman oyunlarının final mərhələsi keçirilib

BAKI, 11 may — Sputnik. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə respublika məktəbliləri arasında "Şahin" hərbi-idman oyunlarının final mərhələsi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Finalda iştirak edən komandalar sıra meydanında yerlərini tutduqdan sonra yarış açıq elan edilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər.

Açılış mərasimində çıxış edən C.Naxçıvanski adına Hərbi Liseyin zabiti polkovnik Qadir Vəlişov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri polkovnik Rasim Şirinov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov və başqaları "Şahin"lərə gərgin mübarizədə uğurlar diləyiblər.

Rəsmi mərasimdən sonra məktəblilər C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestrinin ifa etdiyi hərbi marşların sədaları altında təntənəli marşla tribuna önündən keçiblər.

Sonra komandalar sıra hazırlığı, avtomatın sökülüb-yığılması, patron darağının doldurulub-boşaldılması, tüfəngdən hədəfə atəş açılması, kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enmə, çadırın qurulması, minalanmış sahəyə qumbara atılması, yaralının təxliyə edilməsi və digər tapşırıqları yerinə yetiriblər.

© AR Ministry of Defense“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib
“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib - Sputnik Azərbaycan
1/5
“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib

2/5

3/5

4/5

5/5

Yarışların nəticələrinə əsasən "Şahin" hərbi-idman oyunlarının final mərhələsinin qalibi adını Sumqayıt şəhərinin komandası qazanıb. İkinci yerə Yasamal, üçüncü yerə isə Quba rayonunun komandaları yüksəliblər.

Sonda yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

Xəbər lenti
0