Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin dünya çempionatının açılışına qatılacaq

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidСтадион "Самара Арена", где пройдут матчи чемпионата мира по футболу 2018
Стадион Самара Арена, где пройдут матчи чемпионата мира по футболу 2018 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya – Səudiyyə Ərəbistanı oyunu iyunun 14-ü Bakı vaxt ilə 19:00-da baş tutacaq

BAKI, 4 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin futbol üzrə 2018-ci il dünya çempionatının açılış oyununa qatılacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin digər oyunlara qatılıb-qatılmayacağının hələlik məlum olmadığını bildirib: "Hələlik əminliklə deyə bilərəm ki, prezident futbol üzrə dünya çempionatının açılış oyununa qatılacaq. Bu Rusiya və Səudiyyə Ərəbistanı millilərinin oyundur".

Qeyd edək ki, Rusiya – Səudiyyə Ərəbistanı oyunu iyunun 14-ü Bakı vaxt ilə 19:00-da baş tutacaq. Oyun "Lujniki" stadionunda keçiriləcək.

Xatırladaq ki, 2018-ci il dünya çempionatı bu il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. 

Liverpul klubunun yarımmüdafiəçisi Məhəmməd Salah - Sputnik Azərbaycan
İDMAN
Müsəlman futbolçu hamıdan üstün oldu

Çempionata Avropadan 14 komanda — Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq.

Mundialda Cənubi Amerikanı 5 yığma — Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli — Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası — İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq.

Xəbər lenti
0