Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu klubun oyunlarına bir milyondan çox azarkeş gəlib

© REUTERS / Stefano Rellandiniİnter-Yunevtus oyunu, 29 aprel 2018-ci il
İnter-Yunevtus oyunu, 29 aprel 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"İnter"in "Yuventus"la sonuncu oyununu 78 min 328 azarkeş izləyib

BAKI, 3 may — Sputnik. A seriyasında çıxış edən İtaliyanın "İnter" klubunun ev oyunlarını indiyədək 1 milyondan çox azarkeş izləyib. Sputnik Azərbaycan "Sports.ru"ya istinadən xəbər verir ki, "İnter"in "Yuventus"la sonuncu oyunu 78 min 328 azarkeş izləyib.

Bununla da "İnter"in ev oyunlarını izləyən azarkeşlərin sayı 1 milyon 26 min 177 azarkeşə çatıb.

Qeyd edək ki, "İnter"in hələ "Sassuolo" ilə bir ev oyunu qalır.

Azarkeşlərin sayına görə isə ikinci pillədə "Milan" klubu qərarlaşıb. Milan təmsilçisinin ev oyunlarını 894 min 502 nəfər izləyib.

Üçüncü pillədə "Napoli" (719 503), dördüncü yerdə isə "Yuventus" (658 917) qərarlaşıb.

Xəbər lenti
0