Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" Azərbaycan çempionu oldu

© REUTERS / Tony GentileБолельщики Карабаха во время матча Рома-Карабах
Болельщики Карабаха во время матча Рома-Карабах - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam komandası bununla da ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğunu qazanıb

BAKI, 22 aprel — Sputnik. "Qarabağ" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti dəfə çempionluq əldə edib.

Sputnik Azərbaycan xəbər verir ki, Ağdam klubu 24-cü turda vaxtından əvvəl çempion olub.

"Qarabağ" bu turda "Sumqayıt"la görüşüb və oyun 1:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin xeyrinə başa çatıb.

Xallarını 59-a yüksəldən ağdamlılar növbəti turların nəticəsindən asılı olmayaraq, digər komandalar üçün əlçatmaz olublar. Qeyd edək ki, mövsümün başa çatmasına 4 tur qalmış 2-ci pillədə gələn "Qəbələ"nin 42 xalı var. "Qəbələ" bu gün "Neftçi"yə məğlub olub.

Ağdam komandası bununla da ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğunu qazanıb.

Xəbər lenti
0