Püşkatma mərasimi

Püşk atıldı: Kim kimə qarşı

263
(Yenilənib 17:57 13.04.2018)
Çempionlar Liqası və Avropa Liqasının püşkləri atıldı

BAKI, 13 aprel — Sputnik. Püşk atıldı: Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Püşk nəticəsində Almaniyanın “Bavariya” komandası Madridin “Real” klubu ilə, İngiltərənin “Liverpul” komandası isə İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Bu gün Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi də baş tutub.

“Marsel” (Fransa) turnirin sürpriz komandası “Zalsburq”la (Avstriya) qarşılaşacaq. İngiltərənin “Arsenal” klubu isə İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gələcək.

Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək.

263
Teqlər:
Avropa Liqası, püşkatma, Çempionlar Liqası