Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Bavariya" 28-ci dəfə Almaniya çempionu oldu

© REUTERS / Michaela Rehle"Bavariya" klubunun oyunçuları qələbələrini qeyd edirlər, 7 aprel 2018-ci il
Bavariya klubunun oyunçuları qələbələrini qeyd edirlər, 7 aprel 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Bavariya" liqa birinciliyində 29 turdan sonra xal ehtiyatını 72-yə çatdırıb və ən yaxın izləyicisi olan "Şalke"ni 20 xal qabaqlayır

BAKI, 8 aprel — Sputnik. Münhenin "Bavariya" klubu Almaniyanın tarixində 28-ci dəfə çempion olub.

Sputnik Azərbaycan xəbər verir ki, Bundesliqasının 29-cu turu çərçivəsində "Bavariya" "Auqsburq" klubunu 4:1 hesabı ilə məğlub edib.

"Bavariya" liqa birinciliyində 29 turdan sonra xal ehtiyatını 72-yə çatdırıb və ən yaxın izləyicisi olan "Şalke"ni 20 xal qabaqlayır.

"Bavariya" 118 illik tarixində 16 dəfə milli kubok, 5 dəfə isə Çempionlar Liqasında qələbə qazanıb. Həmçinin komanda Avropa Super Kuboku, UEFA Kuboku və dünya çempionatını da qazanıb.

Xəbər lenti
0