Футбольное поле, фото из архива

Azərbaycanın rəqibləri bəlli oldu

12
(Yenilənib 17:23 05.04.2018)
Millimiz Bosniya və Herseqovinada keçiriləcək yarışda ilk olaraq makedoniyalılarla üz-üzə gələcək

BAKI, 5 aprel — Sputnik. 16 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində iştirak edəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, turnirin təqvimi artıq müəyyən edilib.

Millimiz Bosniya və Herseqovinada keçiriləcək yarışda ilk olaraq makedoniyalılarla üz-üzə gələcək. Aprelin 18-də keçiriləcək oyun Bakı vaxtı ilə 12:30-da başlayacaq.

İki gündən sonra Xorvatiya ilə qarşılaşacaq (16:00) U-16 aprelin 22-dəki son oyunda ev sahibi Bosniya və Herseqovina ilə (12:30) gücünü sınayacaq.

12
Əlaqədar
Ekspert: “Dostluq üçün futbol” uşaqları birləşdirən mühüm layihədir”
Tanınmış futbolçunun başına eyvandan daş düşdü, öldü
Topla zərbə futbolçunu oyun zamanı öldürdü - VİDEO
"Dostluq üçün futbol" layihəsi təqdim ediləcək