Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1 yarışına vauçer alanların nəzərinə!

© REUTERS / Samo Vidic / Red Bull ContentFormula-1
Formula-1 - Sputnik Azərbaycan
Abunə olmaq
Formula 1 Azərbaycan Qran Prisinə alının bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb

BAKI, 5 aprel — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçıların nəzərinə çatdırır ki, aprelin 3-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq. Bu proses aprelin 29-a yarış başlayanadək davam edəcək.

Всемирно известный нидерландский диджей Afrojack - Sputnik Azərbaycan
İDMAN
Formula 1-də daha bir sürpriz qonaq

BŞH-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2018 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.az elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

Xəbər lenti
0