Dünyaca məşhur DJ Afrojack

Formula 1-də daha bir sürpriz qonaq

23
(Yenilənib 22:52 03.04.2018)
Dünyaca məşhur DJ Afrojack 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

BAKI, 3 aprel — Sputnik. Afrojack Jamiroquai-dən sonra səhnəyə çıxaraq avtoidman həvəskarlarına möhtəşəm gecə bəxş edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27 aprel tarixində Jamiroquai-nin iştirakı ilə baş tutacaq axşam konsertinin ardınca dünyaca məşhur DJ — Afrojack əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək. Əvvəlki illərdəkindən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında keçiriləcək.

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

Qeyd edək ki, DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına saat 23:00-dan etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından əldə edə bilərlər.

23
Əlaqədar
"Formula-1"-də gözlənilməz hadisə baş verdi
Azərbaycanın “Formula 1”-dən əldə etdiyi gəlir açıqlanıb
Prezident "Formula-1"-in rəhbərini qəbul edib
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində