Şahmatçısı Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarovdan qəribə jest: "Mənə yox, erməniyə dəstək verdiniz"

500
(Yenilənib 12:01 28.03.2018)
"Sizlərə birinciliyi yaşatmadığım üçün üzr istəyirəm, amma sonunculuq nədir, bu hissiyatı yaxın belə, buraxmadım"

BAKI, 28 mart — Sputnik. Berlin şəhərində şahmat üzrə keçirilən İddiaçılar Turnirində Azərbaycan milli komandasının şahmatçısı Şəhriyar Məmmədyarov ikinci yeri tutandan sonra sosial şəbəkə vasitəsi ilə onu oyun zamanı dəstəkləyənlərə təşəkkür edib. Sputnik Azərbaycan xəbər verir ki, idmançı turnirin qalibi ola bilmədiyi üçün hər kəsdən üzr istəyib.

"Sizdən şikayətim yoxdur. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana və erməniyə olan dəstəyinizi də gördüm. Demək istədiyim budur ki, yaxşı ki, varsınız" — Məmmədyarov yazıb.

"Sizlərə birinciliyi yaşatmadığım üçün üzr istəyirəm, amma sonunculuq nədir, bu hissiyatı yaxın belə, buraxmadım. Çox sağ olun ki, mənə sonadək inandınız. Bütün mesajlarınızı aldım, cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Biz geri qayıdacağıq, uğurlar və yüz dəfə çox sağ olun" — o, əlavə edib.

Xatırladaq ki, rəqibi ilə heç-heçəyə razılaşan idmançımız birinci ola bilməyib. İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplamağı bacarıb.

500
Teqlər:
İddiaçılar Turniri, Berlin şəhəri, şahmatçı, Şəhriyar Məmmədyarov, şahmat, Azərbaycan milli komandası
Əlaqədar
Məmmədyarov: “Dünyanın bir nömrəli şahmatçısı olmaq üçün çalışacam”
Şahmatçılara 1 milyon verildi
Şahmatçılarımız Avropa çempionu oldu
Azərbaycan şahmat lövhəsində mühüm yerini qoruya bildi

Gənclər üçün nümunə: Yetmiş dörd yaşlı bodibilder müsabiqələri fəth edir

29
(Yenilənib 10:36 09.05.2021)
Bədən tərbiyəsi müəllimi Nikolay Çernuşkin gəncləri mükəmməl fiziki forma əldə etməyə və yarışlarda qələbələrə ruhlandırır. Daha ətraflı videomuzda.

Çernuşkinin dediyinə görə, uşaqlıqdan idmanla məşğul olub. Təqaüdə çıxmazdan əvvəl xizək sürməyə başlayıb, daha sonra qış idmanını tərk edib.

Təxminən 45 yaşından bodibildinqlə maraqlanıb və özünü tamamilə ona həsr edib.

Zamanla Nikolay müxtəlif yarışlara qatılaraq bir neçə dəfə qalib olub.

 

29
Beşiktaş klubunun azarkeşləri, arxiv şəkli

"Beşiktaş" növbəti dəfə Türkiyə Super Liqasının qalibi olub

473
Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

BAKI, 15 may - Sputnik. Türkiyə Super Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, həm qızıl medalların, həm də digər mükafatçıların sahibləri son turda bəlli olub.

Son tur öncəsi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” qızıl medallara iddia edirdi. Axırıncı oyunlar da kritik alınıb. Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” buna rəğmən bürünc mükafatla kifayətlənib. Enner Valensiya və Sərdar Azizin son dəqiqələrdəki qolları sayəsində “sarı-lacivərdlilər”in 2:1 hesablı qələbəsi 3-cü pillədə yer alan komandanın mövqeyini dəyişməyib.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cıdəfə Türkiyə çempionluğunu qazanıb.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

473
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

0
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

0