Velosiped

Daha bir idmançımızdan qələbə xəbəri

8
(Yenilənib 15:28 27.03.2018)
Bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb

BAKI, 27 mart — Sputnik. Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Cartier" yarışına yekun vurulub. Velosiped Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, velotur ölkəmizin "Synergy Baku" komandası üçün uğurlu nəticə ilə yadda qalıb.

4 mərhələdən ibarət "Cartier" turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan "Synergy Baku"nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb – o, 4 mərhələnin yekununa əsasən qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub.

Qeyd edək ki, bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə təmsilçimiz 5-ci olub.

8
Teqlər:
Beynəlxalq Velosipedçilər İttifaqı, Alanya, Türkiyə, yarış, idmançı
Əlaqədar
Prezident Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon ayırıb
Hökumətdən Azərbaycan idmançılarına böyük qayğı
Dövlət qurumlarının işçiləri məcburən səhər idmanı etməli olacaqlar
Millimizin iki Olimpiadada uğursuz çıxış etmiş idmançısı: "Mən əlimdən gələni etdim"
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

23
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

23
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Dağıdılmış Füzuli şəhərinə mənzərə

Türk Şurası da azad olunmuş ərazilərin bərpasında iştirak etmək niyyətindədir

0
Milli Məclisin Sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sədr qeyd edib ki, bu təşkilatlar xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verir.

Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır.

Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb. Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı yüksək təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.

Nümayəndə heyəti üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərini yüksək qiymətləndirən Spiker müzəffər ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə etdiyi uğuru böyük tarixi hadisə kimi dəyərləndirib. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan Ordusu öz Zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən, BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.

Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir. Milli Məclis qanunverici orqan olaraq, bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək. Çünki bu təşkilat öz fəaliyyətində ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dəyərlərə əsaslanır.

Spiker ötən ilin aprelində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Şuranın fövqəladə iclasını xatırlayaraq, qurumun koronavirusa qarşı mübarizə işinə də töhfə verdiyini söyləyib.

Sədr milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində Türk Şurası ilə birlikdə TÜRKPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyətindən danışaraq, bildirib ki, bu təşkilatlar ölkələrimiz arasında iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan əməkdaşlığın dərinləşməsində yaxından iştirak edir.

Görüşdə səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibəti ilə Milli Məclisin Sədrini və xalqımızı təbrik edib. Bu uğuru bütün Türk dünyasını birləşdirən Zəfər kimi dəyərləndirib.

Qonaq ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Ağdam və Fizuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını söyləyib. O, işğaldan azad olunmuş ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək niyyətində olduğunu bildirib.

Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva çıxış edərək təmsil etdikləri təşkilatlarda görülən işlər və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, ölkəmizlə əməkdaşlığın daha genişləndirilməsi istiqamətində gələcək planları barədə fikirlərini bölüşüblər.

Görüşdə həmçinin Türk dünyasını təmsil edən təşkilatlarla əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

0