Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Hökumətdən Azərbaycan idmançılarına böyük qayğı

Abunə olmaq
Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin maaşları artırılıb

BAKI, 22 mart — Sputnik. Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.  

Qərara əsasən, Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib. 

Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

Xəbər lenti
0