Güləş döşəkçəsi

Güləş federasiyasında növbəti narazılıq: Maaşlar yenə gecikdirilir

126
(Yenilənib 21:37 16.03.2018)
İdmançılar maaş almadıqlarından narazıdırlar, federasiya “problem yoxdur” deyir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Bir neçə ay öncə güləşçilər maaş almadıqları üçün aksiya keçirmişdilər. Məsələ mətbuatda işıqlanandan sonra güləşçilərin və federasiya işçilərinin maaşları ödənildi. Amma deyəsən, bu məsələ yenidən gündəmə gəlib.

Vkontakte sosial şəbəkəsindəki Azərbaycan güləşi/Борьба в Азербайджане adlı səhifəyə göndərilmiş anonim məktub
© Photo : VK /aze_wrest
Vkontakte sosial şəbəkəsindəki "Azərbaycan güləşi/Борьба в Азербайджане" adlı səhifəyə göndərilmiş anonim məktub

Belə ki, bir neçə gün öncə legioner güləşçilərdən biri sosial şəbəkədə aylardır maaş almadığını və onun kimi bir çox güləşçiyə əməkhaqqı verilmədiyini qeyd edib.

Sputnik Azərbaycan məsələ ilə bağlı 

Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun münasibətini öyrənib. Vitse-prezident xəbərin doğru olmadığını deyib: "Yalan məlumatdır. Aparıcı idmançıların hər biri vaxtlı-vaxtında maaşlarını alırlar. Doğrudur, fevral-mart ayında maaş almayıblar. Amma bayramdan sonra bu ayların da pulu veriləcək”.

F.Umudov onu da qeyd edib ki, federasiya hər idmançıya əməkhaqqı verməli deyil: “Hansı idmançı nəticə göstərirsə, Azərbaycan bayrağını ucaldırsa, həmin idmançılara da əməkhaqqı verilir”.

“Hazırda təlim-məşq toplantılarına hazırlıq prosesini keçiririk. Deməli, hər şey qaydasındadır. Həmin idmançı adını desin, görək kimdir. Bir problem olsa, mən açıq deyə bilərəm. Federasiyanın əsas məqsədi də aparıcı idmançılarımızı diqqətdə saxlamaqdır", – deyə vitse-prezident bildirib.

126
Teqlər:
Firdovsi Umudov, Azərbaycan Güləş Federasiyası, narazılıq, maaş
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

154
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

154
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

7
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

7
Azərbaycan bayrağı, arxiv şəkli

Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur

18
(Yenilənib 22:08 30.09.2020)
Məlahət Kəlbiyeva: "Ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb. Həddən artıq sifarişlər gəlir, inanın, çatdıra bilmirik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində başlayan hərbi əməliyyatlar hamıda mübarizə ruhunu oyadıb. Kimi ön cəbhədə, kimi isə arxa cəbhədə Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda mübarizə aparır.

Bu gün şəhərin küçələrində, evlərin eyvanlarında, avtomobillərdə müqəddəs Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

Sosial şəbəkələrdə isə mağazalarda bayraqların qiymətlərinin bahalaşması ilə bağlı müzakirələr yer alır. Şəbəkə istifadəçiləri bayraqların qiymətinin 2-3 dəfə bahalaşdığını iddia edirlər.

Sputnik Azərbaycan bir neçə mağaza ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirməyə çalışıb. Təbii olaraq, mağazalardan agentliyə bildiriblər ki, bayraqların qiymətində heç bir dəyişiklik olmayıb.

Bununla belə, bəzi mağazalarda bayraq satışı dayandırılıb. Mağazalar bunun səbəbini anbarlara yeni malların gətirilməməsi ilə izah ediblər. Satıcıların sözlərinə görə, hər gün vətəndaşlar bayraq üçün müraciət edirlər. Amma bayraqların qiymətində heç bir artım olmayıb.

Satıcılar hazırda anbarlarda bayrağın olmadığını da qeyd ediblər. 

Qiymətlərə gəlincə, masaüstü bayraqlar 3 manat, otaq üçün böyük ölçülü bayraqlar isə 25-90 manat arasında satılır.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, indiki müharibə şəraitində bayraqların qiymətlərinin bahalaşması yolverilməzdir. Əksinə, bayraq istehsalı ilə məşğul olan müəssisələr, şəxslər vətənpərvərlik ruhunu yüksək tutmaq üçün bayraqların qiymətini ucuzlaşdırmalıdır ki, hər kəs alıb, evindən, eyvanından, avtomobilindən asa bilsin. 

"Azəratribut" MMC-nin təsisçisi Məlahət Kəlbiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb:

"Həddən artıq sifarişlər gəlir. Nazirliklər, supermarket şəbəkələri, idarələr sifariş edir. İnanın, sifariş o qədər çoxdur ki, çatdıra bilmirik".

M.Kəlbiyeva qeyd edib ki, əksinə, vəziyyətlə əlaqədar olaraq bayraqların qiyməti ucuzlaşıb.

Onun sözlərinə görə, vətənin ağır günündə hamı bacardığı qədər yardım etməlidir: "Biz özümüz də ehtiyac olduğu təqdirdə bayraqları pulsuz veririk. Əvvəl 100 manata satdığımız bayraqları indi 50-60 manata satırıq. Belə günlərdə qazanc düşünmək olmaz. Bu, günahdır".

O qeyd edib ki, özü də sosial şəbəkələrdə müxtəlif mağaza və ticarət mərkəzlərində bayraqların baha satıldığı ilə bağlı məlumatlarla qarşılaşıb: "Bu, digər ölkələrdən gətirilmiş məhsullar ola bilər. Ancaq biz bacardığımız qədər bu günlərdə ucuz bayraqlarla xalqımıza dəstək verməyə çalışırıq".

18