Футбольный матч Карабах – ПАОК (Греция)

"Qarabağ" klubunun reytinqində dəyişiklik oldu

37
(Yenilənib 17:56 09.03.2018)
"Qarabağ" UEFA reytinqində mövqeyini itirib

BAKI, 9 mart — Sputnik. UEFA klubların yeni reytinqini dərc edib. Sputnik Azərbaycan UEFA-ya istinadən xəbər verir ki, Azərbaycanın ən reytinqli klubu olan "Qarabağ" mövqeyini dəyişib. Son 5 mövsümün nəticəsində 20,500 xal toplayan "Qarabağ" 3 pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub. Bununla da futbol klubumuz 73-cü sıraya düşüb. "Qarabağ" klubu bu mövqeni eyni xala malik olan BATE (Belarus) və "Yanq Boyz"la (İsveçrə) bölüşür.

Digər komandalarımızın isə mövqelərini qoruyub saxlaya bilib. "Qəbələ" aktivindəki 5,250 xalla "Voyvodina" ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubu — "Neftçi, "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3,825 xalla 244-256-cı yeri bölən komandalar sırasında yer alır.

Qeyd edək ki, siyahıya 153,000 xala malik "Real" liderlik edir. 2-ci yerin sahibi "Atletiko" klubudur. "Bavariya" və "Barselona"nı isə 3 və 4-cü yerləri bölüşürlər.

37
Əlaqədar
“Qarabağ” UEFA-ya müraciət edib
UEFA Rusiya Futbol İttifaqına 150 min avro cərimə kəsib
UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq edib
UEFA-nın mənzil-qərargahında axtarış aparılıb
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1

Bakı Kuboku: şəhərin ən yaxşı iki təkər ustaları bəlli oldu - FOTO

10
(Yenilənib 21:26 25.09.2020)
Velosiped idmanı üzrə son yarışlardan üç ay sonra paytaxtda trek velosipedi üzrə Bakı Kuboku baş tutub. Yarışın necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin

Cümə günü paytaxt velotrekində təkbətək trek üzrə Bakı Kuboku keçirilib, medal dəstləri oynanılıb. İdman tədbiri Bakının Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Veloidman Federasiyasının birgə təşkilatçılığıyla baş tutub.

Yarışlar yuniorlar arasında, eləcə də U-15, U-17, U-23 kateqoriyaları üzrə keçirilib. Öz qüvvəsini 60-dək idmançı sınayıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yarış tamaşaçısız keçib. Qeyd edək ki, idmançılar özləri də yarış trekindən kənarda tibbi maskada idilər, Kubok başlamazdan öncə isə onların bədən hərarətləri ölçüldü.

Qarşıda idmançıları Respublika Çempionatı gözləyir, onun Azərbaycanın bölgələrindən birində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, AR Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən sosial məsafənin qorunması şərtilə açıq havada idman tədbirlərinin keçirilməsinə icazə verib.

10
  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

0
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

0