Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimizin iki Olimpiadada uğursuz çıxış etmiş idmançısı: "Mən əlimdən gələni etdim"

© AFP 2023 / Roberto SCHMIDT Patrik Braxner XXIII Qış Olimpiya Oyunlarında
Patrik Braxner XXIII Qış Olimpiya Oyunlarında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan millisinin üzvü: "Hal-hazırda Avstriyanın 1 nömrəli istilik və havalandırma şirkətinin Şərqi Avstriyada satışı üzrə cavabdeh şəxsəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Bir neçə gün öncə Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları başa çatıb. Azərbaycan bir idmançı ilə bu yarışda çıxış edib. Əslən avstriyalı olan və dağ xizəyi yarışlarında çıxış edən legioner Patrik Braxner keçən olimpiadada olduğu kimi bu yarışlarda da uğur qazana bilmədi.

Yarış zamanı yıxılaraq finala çata bilməyən idmançı Sputnik Azərbaycan-ın yarışda baş verənlərlə bağlı suallarını cavablandırıb.

— Olimpiya oyunları haqqında təəssüratlarınızı bölüşərdiniz.

— Olimpiya oyunları dünyanın ən nüfuzlu idman hadisələrindən biridir. Bu oyunlarda iştirak hər bir idmançının arzusudur və böyük şərəfdir. İdmandan əlavə, atmosfer də önəmlidir. Dünyanın müxtəlif ölkələrindən müxtəlif mədəniyyətə, fərqli inanclara sahib olan insanlar dinc şəkildə bir yerdə mehriban yaşayırlar. Əlbəttə, burada rəqabət də var, lakin mübarizə bitdikdən sonra hər kəs bir yerdə olur və insan heç vaxt görmədiyi, eşitmədiyi mədəniyyətin, adət-ənənələrin şahidi olur. 

Patrik Braxner - Sputnik Azərbaycan
İDMAN
Atalar üçdən deyib: Azərbaycan təmsilçisi bir daha cəhd edəcək

— Birinci Olimpiya oyunlarında olduğu kimi, bu dəfə də finala çıxa bilmədiniz. Bu dəfə nə baş verdi?

— Siz haqlısınız. Bəhanə gətirməyəcəm. Mən də yaxşı nəticə əldə etmək istərdim. Amma alınmadı. Onu da bildirim ki, qəza baş verənə kimi yaxşı nəticə göstərirdim. Dağ xizəyi yarışında idmançılar dünya sıralamasına uyğun sıralanır və qar da hər yarışçı üçün eynidir. Mən 68-ci sırada yarışa başladım. Öncə 25-ci yerdə yarışı davam etdirdim, ara döngələrdə vəziyyət çətinləşdikcə 35-ci yerə düşdüm. Təəssüf ki, idmanda bəzən belə hallar baş verir. Dağ xizəyi qış idman növü daha geniş yayılmış və güclü inkişaf etmiş Almaniya, Fransa, Norveç, Avstriya komandaları ilə mübarizə aparmaq çətindir. Bu idman növündə digər idman komandalarının kiçik uğuru belə böyük uğur sayılır.

— İdmanı davam etdirmək, gələn olimpiadada da Azərbaycanı təmsil etmək fikriniz var?

— Olimpiya oyunları hələ yeni bitib, məncə yekun qərar vermək üçün bir qədər zaman keçməlidir. Dağ xizəyi idman növü həyatımın bir hissəsidir, təbii, bu mənim üçün də asan olmadı. Hətta 26 yaşında artıq ətrafı görməyə başlayırsan və sənin üçün nəyin gərəkli olduğunu bilirsən. Ona görə də mən heç vaxt "heç vaxt" deyə bilmərəm. Əgər mən Azərbaycanda olan balaca uşaqlarda bu idman növünə maraq yarada bilirəmsə, şübhəsiz ki, heç düşünmədən geri dönərəm.

— Uğursuz çıxışınızı nəylə əsaslandıra bilərsiniz? Niyə finala uğurla çıxa bilmədiniz? 

2018-ci il Qış Olimpiadasının bağlanış mərasimi - Sputnik Azərbaycan
İDMAN
XXIII Qış Olimpiya Oyunları bağlandı

— Bu hallar idmanda tez-tez baş verir. Mən əvvəlki yarışlarda qalib gəlmişəm, eyni zamanda bəzi yarışlarda məğlub da olmuşam. İnanın, mən məğlubiyyətimdən deyil, qış olimpiadasında Azərbaycan üçün qızıl medalı necə qazanmağımdan danışmaq istəyirdim. Bir onu deyə bilərəm ki, mən əlimdən gələni etdim. Mən təslim olmadım, tənbəllik etmədim, əlimdən gələn hər şeyi etdim. İdmançı bəzən qələbə qazanması üçün risk etməli olur, təəssüflər olsun ki, bəzən nəticəsi təqdirəlayiq olmur.

— İdmandan başqa hansı işlərlə məşğulsunuz?

— Mən müxtəlif işlərlə maraqlanıram. Maşınqayırma mühəndisliyi və biznes idarəçiliyi üzrə təhsil almışam, qeyd edim ki, inşaat mühəndisliyi sahəsində təhsilimi tamamlamamışam. Həmçinin fərdi inkişaf sahəsini də sevirəm. Öz üzərimdə işləyirəm. Eyni zamanda incəsənətə, musiqiyə böyük marağım var. Hal-hazırda Avstriyanın 1 nömrəli istilik və havalandırma şirkətinin Şərqi Avstriyada satışı üzrə cavabdeh şəxsəm.

Xəbər lenti
0