Boks əlcəkləri, arxiv şəkli

Dörd qızıl, iki gümüş medalla geri dönürlər

31
(Yenilənib 14:52 26.02.2018)
Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib

BAKI, 26 fevral — Sputnik. Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb. Baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.

Sputnik Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda məğlub olan Əflatun Babayevlə (52 kq) İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər.

31
Teqlər:
Azərbaycan yığması, gümüş, boksçu, qızıl, rəqib, medal, idmançı, boks
Əlaqədar
Əfsanəvi boksçudan 1 milyon dollarlıq duel təklifi
Əfsanəvi boksçuya inanılmaz qadağa: Sənə olmaz!
Gənc boksçulardan ibarət millimiz Avropanın güclüləri sırasında
Əfsanəvi boksçular Bakıda