Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı inanılmazı bacardı: Sınıq əllə...

Abunə olmaq
Taleh Nəcəfzadə: "Birinci raundun ilk dəqiqələrində əlim sındı"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Qarışıq növlər döyüşçüsü azərbaycanlı Taleh Nəcəfzadə zədələndiyinə görə bir müddət yarışlarda iştirak edə bilməyib. 6 ay sonra yenidən rinqə qayıdan idmançı bu dəfə Moskvada “M-1 Global” turnirinə qatılıb. İdmançının rəqibi 23 yaşlı rus idmançı Vitali Slipenko olub.

Döyüşün birinci raundunda idmançımız böyük üstünlük qazanıb. O, rəqibini raund boyu sıxaraq əlavə fənd etməsinə imkan verməyib. Amma birinci raundun ilk dəqiqlərində əli sınan Taleh Nəcəfzadə digər raundları sınıq əllə davam etdirməli olub.

İkinci raundda kiçik səhv buraxmağına baxmayaraq, rəqibi raund boyu üstün olmağa qoymayıb. Hətta raundun sonunda rəqib Vitali Slipenko etdiyi qayda pozuntusuna görə şifahi xəbərdarlıq alıb.

Üçüncü raundda isə Taleh Nəcəfzadə rəqibini küncə sıxmağı bacarıb. Raundun sonlarına yaxın Vitali Slipenko döyüş qaydalarına zidd olaraq dizi ilə Taleh Nəcəfzadənin burnuna zərbə vurub. Bununla da qaydaları pozduğu üçün sarı vərəqə alıb. Beləliklə, 3 raundda üstünlüyü əldən verməyən idmançımız rəqibi üzərində təmiz qələbə qazanıb.

Döyüşdən sonra təəssüratlarını Sputnik Azərbaycan-la bölüşən Taleh Nəcəfzadə bildirib ki, daha yaxşı döyüşə də bilərdi: "Əlim sındığı üçün ehtiyatla döyüşməli oldum. Uzun müddətdən sonra rinqə geri dönərək qələbə qazandığım üçün sevinirəm. Qələbəmi isə xalqıma, sevdiklərimə, dostlarıma həsr edirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Taleh Nəcəfzadə qarışıq döyüş növləri üzrə respublika çempionudur. O, keçirdiyi 9 döyüşdən 6-sında qalib gəlib. Keçən ilin may ayında keçirilən yarışda Andrey Frolova qarşı döyüşərkən zədə alıb və bərpa olunmağa xeyli müddət sərf edib.

Xəbər lenti
0