Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Atalar üçdən deyib: Azərbaycan təmsilçisi bir daha cəhd edəcək

© AFP 2023 / Dimitar DILKOFFPatrik Braxner
Patrik Braxner - Sputnik Azərbaycan
Abunə olmaq
Patrik Braxner Soçi 2014 olimpiyadasında da finişə çata bilməmişdi

BAKI, 22 fevral — Sputnik. Azərbaycan idmançısının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çıxışı maraqlı məqamla yadda qalıb. Sputnik Azərbaycan Olimpiyadanın rəsmi saytına istinadən xəbər verir ki, bu gün qış olimpiadasında olan yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında "bacarığını" nümayiş etdirib.

106 idmançının qatıldığı mübarizədə 68-ci sıra nömrəsi ilə qüvvəsini sınayan idmançımız finişə çata bilməyib. Lakin yığmamız ümidini itirmir: "Braxner bu gün bir daha qüvvəsini sınayacaq".

Qeyd edək ki, Patrik Braxner Soçi 2014 olimpiyadasında da finişə çata bilməmişdi.

 

Xəbər lenti
0