Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir idmançımız dopinqdə "ilişdi"

© Photo : RegionplusYekaterina Sarıyeva
Yekaterina Sarıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib

BAKI, 21 fevral — Sputnik. Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb. Sputnik Azərbaycan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, Yekaterina Sarıyevadır.

Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində "furosemid" aşkarlanıb.

Qeyd edək ki, Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

Xəbər lenti
0