Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimizin keçmiş kapitanına mühüm vəzifə verildi

© Sputnik / Murad OrujovВторой квалификационный матч Лиги Европы. Матч Нефтчи-Шкендрия
Второй квалификационный матч Лиги Европы. Матч Нефтчи-Шкендрия - Sputnik Azərbaycan
Abunə olmaq
Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib

BAKI, 21 fevral — Sputnik. "Neftçi" PFK-da yeni təyinat olub. Sputnik Azərbaycan Neftçi Futbol Klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib.

© Photo : APACeyhun Sultanov
Ceyhun Sultanov - Sputnik Azərbaycan
Ceyhun Sultanov

Qeyd edək ki, 1997/1998 mövsümündə "Neftçi"nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov "Fərid" (1996-1997), "Dinamo" (1998-2001), "Maşinsazi" (Təbriz, 2003-2004), "Bakı" (2004-2007), "Xəzər Lənkəran" (2007-2010), "Kəpəz" (2010-2012), "Sumqayıt" (2012), "Qəbələ" (2013) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

38 yaşlı mütəxəssis "Bakı"da seleksiyaçı məşqçi (2013-2014), "Sumqayıt"da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.

Xəbər lenti
0