Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məktəblilərin nəzərinə: Simulyatorlarla çempionat keçiriləcək

© Sputnik / Murad OrujovFormula 1 üzrə Azərbaycan Qran Prisi
Formula 1 üzrə Azərbaycan Qran Prisi - Sputnik Azərbaycan
Abunə olmaq
Regionlarda "Formula 1" ilə əlaqədar çempionat keçiriləcək

BAKI, 16 fevral — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində "Sənin sürət formulan" şüarı altında simulyatorda Formula 1 (F1) çempionatı keçirəcək. Bakı Şəhər Halqasından Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq.

Итоги Гран-При Европы Формула-1 - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın “Formula 1”-dən əldə etdiyi gəlir açıqlanıb

Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında gənclər arasında "Formula 1" və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.

Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubada olan yuxarı sinif şagirdləri iştirak edəcəklər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək və həmin qaliblər Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində yarışacaqlar.

Yarışın sonunda qalib ilə yanaşı final mərhələsinin digər iştirakçılarına da sertifikat və dəyərli hədiyyələr təqdim olunacaq.

Xəbər lenti
0