Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində

Karatenin "brilyantı" məğlub oldu

365
(Yenilənib 12:33 29.01.2018)
Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura finalda məğlub olub

BAKI, 29 yanvar — Sputnik. Fransada "Kiçik dünya çempionatı" adlandırılan yarışda karate üzrə milli komandamız özünü sınayır. Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. "Kiçik dünya çempionatı" adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübarizə aparıb.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turniri 16-18 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

30 yanvarda Bakıya dönən Azərbaycan karateçiləri yarışa hazırlıqları davam etdirəcəklər.

365
Teqlər:
"Kiçik dünya çempionatı", milli komanda, Rafael Ağayev, karate, Premyer Liqa, Fransa
Əlaqədar
Karateçimiz beşinci dəfə dünya çempionu oldu
Azərbaycanlı karateçi erməni rəqibini məğlub etdi
Karateçilərimiz Almaniyadan 6 qızıl medal gətirdilər
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli

De Byazi söz verdi: Kiprlə daha yaxşı oynayacağıq

48
Azərbaycanın futbol millisinin baş məşqçisi Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunundan əvvəl komandasındakı kadr problemlərindən danışıb

BAKI, 12 oktyabr - Sputnik, Teymur Tuşiyev. Azərbaycanın futbol üzrə milli komandası Kiprlə oyununda Monteneqro ilə görüşdəkindən daha yaxşı oynayacaq. Sputnik Azərbaycan bildirir ki, bunu oyunöncəsi mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.

UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Azərbaycan millisi Monteneqroya səfərdə 2:0 uduzmuşdu. Yığmamız oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində Kiprlə üz-üzə gələcək. Oyun Bakı Olimpiya Stadionunda baş tutmalı olsa da, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması səbəbindən neytral sahəyə köçürülüb.  

İtalyan mütəxəssis hesab edir ki, öncəki matçda yetirmələri öz səhvləri ucbatından uduzublar.

“Kiprlə oyunda Podqoritsadakından daha yaxşı oynamağa çalışacağıq. Həmin oyun, əlbəttə ki, başqa cür bitə bilərdi, amma iki qol buraxdıq, üstəlik, bunda öz səhvimiz vardı”, - De Byazi deyib.

Bundan başqa o, Azərbaycan millisindəki kadr problemlərini də dilə gətirib. Belə ki, Kiprlə oyunda kapitan Maksim Medvedev oyuna çıxmayacaq, səbəbi isə travma almasıdır. Təmkin Xəlilzadənin də oyunda iştirakı sual altındadır. O, ehtiyat oyunçular sırasında yer alacaq, əgər durumu imkan versə, əvəzlənməyə çıxacaq.

Əvvəlki oyundan fərqli olaraq, milliləşdirilmiş İran əsilli futbolçu Əli Qurbani start heyətinə düşməyə bilər. Bundan başqa, De Byazi yetirmələrinin Monteneqrodakı oyundan bir qədər fərqli taktika nümayiş etdirə biləcəklərinə də eyham vurub.

Azərbaycanla Kipr sabah Bakı vaxtı ilə 20:00-da qarşılaşacaqlar. Bu komandaların Nikosiyada baş tutan ilk görüşü millimizin minimal hesablı qələbəsi ilə bitmişdi.

48
Teqlər:
mətbuat konfransı, Canni de Byazi, UEFA Millətlər Liqası, Kipr, Azərbaycan milli komandası, milli komanda, Azərbaycan, futbol
Əlaqədar
Millimiz Kiprlə oyuna qara sarğıda çıxacaq
Rusiya ilə Türkiyə sülhlə ayrıldılar
“Bütün gəncəlilər kimi, biz də şəhərdə qalırıq” – “Kəpəz”in baş məşqçisi
Almaniya millisinin futbolçuları Millətlər Liqasında Ukrayna yığmasına qalib gəldilər
Macarıstan Serbiyaya qalib gəldi

BNA Bakıda ekspres avtobuslarının gecikmə səbəbini açıqladı

0
(Yenilənib 10:07 20.10.2020)
Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb

BAKI, 20 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir: "Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".

0
Teqlər:
avtobus, BNA, tıxac, Bakı