Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fazil Məmmədovun rəhbərlik etdiyi qurumda yeni kadr təyinatı

© Photo : APAFazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Firdovsi Umudov: "Hər bir milli və beynəlxalq dərəcəli hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır"

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Güləş Federasiyasında (AGF) milli və beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib. AGF-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Federasiyanın I vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə güləş hakimlərinin bugünkü səviyyəsindən, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb.

F.Umudov Slovakiyanın Samorin şəhərində keçirilən I-S kateqoriyalı hakimlərin seminarında imtahan verərək dərəcələrini təsdiqlədən hakimləri təbrik edib. O bildirib ki, hazırda Olimpiya Oyunlarını idarə etmək hüququna malik 2 nəfər I-S, 3 nəfər I, 7 nəfər II, 8 nəfər isə III dərəcəli beynəlxalq kateqoriyalı hakim var.

© Photo : AGF mətbuat xidmətiBeynəlxalq dərəcəli hakim Qərib Əliyev
Beynəlxalq dərəcəli hakim Qərib Əliyev - Sputnik Azərbaycan
Beynəlxalq dərəcəli hakim Qərib Əliyev

Federasiya rəsmisinin fikrincə, say və kateqoriya daha yüksək ola bilər: "Bunun üçün hər bir milli və beynəlxalq dərəcəli hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən güləşçilərlə yanaşı, hakimlərin hazırlığı, mütəmadi olaraq onların yerli və beynəlxalq seminarlarda iştirak etməsi də daim diqqət mərkəzində olub, bundan sonra da belə davam edəcək".

Görüşdə, həmçinin AGF Hakimlər Kollegiyasına sədr təyinatı da elan edilib. Bu vəzifə beynəlxalq dərəcəli hakim Qərib Əliyevə həvalə olunub.

Qeyd edək ki, AGF-in prezidenti keçmiş vergilər naziri Fazil Məmmədovdur.

Xəbər lenti
0