Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Epoxanın sonu: Əfsanəvi braziliyalı futboldan gedir

© Sputnik / Alexey KudenkoФутбольный мяч. Архивное фото
Футбольный мяч. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ronaldinyo öz futbol karyerasını rəsmən başa vurub

BAKI, 17 yanvar — Sputnik. Braziliya yığmasının sabiq oyunçusu, 37 yaşlı Ronaldinyo öz futbol karyerasını rəsmən başa vurub. Sputnik Azərbaycan "Globo Esporte"-yə istinadla xəbər verir ki, bunu onun köməkçisi və qardaşı Roberto de Assiş bəyan edib.

© Sputnik / Murad OrujovBraziliya futbolçusu Ronaldinyo Bakıda
Braziliya futbolçusu Ronaldinyo Bakıda - Sputnik Azərbaycan
Braziliya futbolçusu Ronaldinyo Bakıda

"O gedir. Hər şey qurtardı. Biz avqustda Rusiya çempionatından sonra onun üçün böyük və gözəl olan nələrsə edəcəyik. Braziliya, Avropa və Asiyada müxtəlif tədbirlər keçirəcəyik. Və əlbəttə ki, Braziliya yığması ilə oyun təşkil edirik" — deyə Assiş bildirib.

Onun sözlərinə görə, futbolçunun üç tədbirdə iştirakı planlaşdırılıb. Onlardan biri yazda Meksikada olacaq. Karyerasını başa vurandan sonra Ronaldinyo indiki kimi xeyriyyə matçlarında çıxışlarını davam etdirəcək.

Ronaldinyo özünün futbol karyerası dövründə 2002-ci ilin dünya çempionu, "Qızıl top"un sahibi, İspaniyanın ikiqat dünya çempionu və Çempionlar Liqasının qalibi olub.

Xəbər lenti
0