Nigar Arpadarai

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində

36
(Yenilənib 09:58 17.01.2018)
Nigar Arpadarai: "Biz Azərbaycan Qran Prisini daha geniş auditoriyaya çatdırmaq üçün yarışı ən yüksək səviyyədə təbliğ etməyə çalışırıq"

BAKI, 16 yanvar — Sputnik. Formula 1 yarışının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 11-14 yanvar 2018-ci il tarixlərində İngiltərənin Birmingem şəhərində yerləşən NEC Arenada keçirilən sayca 28-ci Beynəlxalq Avtoidman Sərgisində növbəti dəfə stend açıb.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi və yarış bileti qazanmaq və simulyatorlarda Bakı Şəhər Halqasında yarışmaq imkanı təqdim olunub. Həmçinin ziyarətçilərə Formula 1-in ən yeni şəhər treki olan Bakı Şəhər Halqası və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.

Sərgidə Azərbaycan Qran Prisini təmsil edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ölkəmizdə keçiriləcək Formula 1 yarışına beynəlxalq ictimaiyyətin böyük maraq göstərdiyini bildirib: "Biz Azərbaycan Qran Prisini daha geniş auditoriyaya çatdırmaq üçün yarışı ən yüksək səviyyədə təbliğ etməyə çalışırıq. Bu möhtəşəm sərgidə ötən il də iştirak etmişdik, ancaq bu il Bakıda keçiriləcək yarışa daha böyük maraq müşahidə olundu. Stendimizi ziyarət edən avtoidman həvəskarları böyük həvəslə növbəti yarışı gözlədiklərini bildirdilər.

Həmçinin avtoidman sahəsi üzrə ixtisaslaşmış beynəlxalq media qurumlarının təmsilçiləri ilə də görüşlər keçirdik, onlara ilin ən yaxşı yarışına evsahibliyi etmiş paytaxtımızda baş tutacaq növbəti möhtəşəm Formula 1 yarışı ilə əlaqədar son yenilikləri təqdim etdik. Göstərilən beynəlxalq marağa əsasən deyə bilərəm ki, bu il Azərbaycan Qran Prisi xaricdən əvvəlki illərdəkindən daha çox avtoidman həvəskarı cəlb edəcək".

Qeyd edək ki, Beynəlxalq Avtoidman Sərgisi hər il Formula 1 yarış mövsümü öncəsi qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunub.

36
Teqlər:
İngiltərə, sərgi, Formula 1, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Nigar Arpadarai
Əlaqədar
Arpadarai: “Formula 1 yarışlarında könüllülük üçün qeydiyyat başa çatıb”
"Formula 1" ulduzundan Qurban Qurbanova hədiyyə
Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır
Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib
Formula 1 azarkeşlərinin sayı məlum oldu
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

11
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

11
Teqlər:
futbol, Türkiyə, milli

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

2071
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

2071
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva

COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?

0
(Yenilənib 22:26 20.09.2021)
Evdə müalicə olunan xəstələr onlara müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar.

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 xəstəliyinin evdə müalicəsinin baha başa gəlməsindən xəstələrin çoxu şikayətlənir. Onlar dövlət tərəfindən virusa yoluxmuş xəstələrə əksər hallarda evdə müalicə paketi verilmədiyini, verildiyi təqdirdə isə bu paketdə xəstəliyin müalicəsi üçün zəruri dərman preparatlarının olmadığını bildirirlər.

"860 manatdan çox pul xərcləmişəm, hələ də sağalmamışam"

COVID-19-a yoluxmuş Gülnar Səfərova deyir ki, vəziyyəti ağır olmadığından xəstəxanaya yerləşdirilməsə də evdə müalicə alır. İndiyədək xəstə ona heç bir müalicə paketi təqdim edilmədiyini bildirib. Onun sözlərinə görə, virusa yoluxduğunu bildiyi gündən öz vəsaiti hesabına evdə müalicə alır. Həmsöhbətimiz həkim məsləhəti əsasında dərman qəbul etdiyini bildirir:

"Həkim mənə iki həftə müalicə üçün gündə bir dəfə olmaqla Kleksan 0,6, D 50.000 İU, Vitamin C 1000 mg, Remdesivir təyin edib. Bu dərmanları almağa 860 manatdan çox vəsait xərcləmişəm. Hələ də temperaturum düşməyib".

Qeyd edək ki, COVID-19-un müalicəsində daha çox təyin olunan dərmanların qiyməti çox bahadır.

Dərmanların qiyməti əl yandırır...

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, əksər COVID xəstələrinə təyin olunan Kleksan-0,6 dərman preparatının bir cütü 22 manatdır. Xəstələrə bu dərman preparatı ən azı iki həftə müddətinə təyin olunur. Xəstələr təkcə Kleksan dərman preparatı üçün 308 manat xərcləməli olurlar. Həkimlərin təyin etdiyi D vitaminlərinin qiyməti isə 15 manatdan 28 manatadək dəyişir. İki şüşə D vitamini alan xəstə ən yaxşı halda 30 manat xərcləməlidir. C vitaminlərinin qiyməti 11-15 manat arası dəyişir. Xəstələr C vitamini üçün 22 manat ödəməli olurlar. COVID xəstəliyinin müalicəsində istifadə edilən ən bahalı dərmanlardan biri isə Remdesivir-dir. Bu dərmanları depo apteklərdə ən yaxşı halda bir ədədini 92 manata tapmaq mümükündür. Adi apteklərdə isə dərman preparatı 115 manatdan aşağı qiymətə satılmır. Xəstəliyin davam etdiyi müddətdə ən azı 5 gün xəstəyə vurulan bu dərman preparatı üçün COVID-19 xəstələri nə 460 manat lazımdır.

Xəstələrə bu dövrdə antiviral dərmanlar təyin edilir ki, onların da qiyməti ucuz deyil. Hindistan istehsalı olan Favipravir-200mg preparatının qiyməti 46, Türkiyə istehsalı olan analoqun isə 70 manatdır. Arbidolun qiyməti isə 14 manat 80 qəpikdir.

Müayinə qiymətləri kəllə-çarxda...

Amma sadalanan dərman preparatları xəstəliyin müalicəsində yetərli deyil. Xəstə daim saturasiyanı nəzarətdə saxlamalıdır ki, bunun üçün müvafiq cihaz apteklərdə 25 manatdır. Xəstələrin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, evdə müalicə zamanı həkim onlardan KT müayinəsi tələb edir. Bunun üçün xəstələr 75-113 manat arasında xəstəxanaya ödəniş etməlidirlər. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, Bioloji Təbabət klinikasında ağciyərin KT qiyməti 75, Respublika Diaqnostika Mərkəzində 113 manatdır. Evdə müalicə olunan xəstələrin vəziyyəti orta-ağır olduqda evdə müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar. Virusa yoluxmuş xəstələrdən qanın ümumi analizi, CRR, Ferritin, LDH, D dimer, Koaquloqram, ALT, AST, kreatin analizləri tələb olunur. Refenans klinikasından bildirdilər ki, qanın ümumi analizi 10, CRR-12, Ferritin-23.50, LDH-12, D dimer və koaquloqram-66, ALT, AST, kreatin hərəsi 12 manatdır. Evdə analizlər üçün xidmət haqqı isə 38 manatdır. Qan analizlərinin qiyməti bir COVID xəstəsi üçün 197 manat 50 qəpik təşkil edir.  Bu gün özündə koronavirus əlamətlərini hiss edən xəstələrin çoxunun təcili və təxirəsalınmaz tibbi yardım üçün 103 nömrəsi ilə əlaqə saxlaya bilmədikləri üzündən test üçün özəl xəstəxanalara müraciət edir. Bunun üçün xəstələr 75 manat da test üçün xərcləməli olurlar. 

Bir xəstənin müalicəsi 1000 manata başa gəlir...

Göründüyü kimi koronavirusa yoluxmuş xəstələrin evdə müalicə xərcləri minimum 916 manat təşkil edir. Amma yanaşı xəstəlikləri olan şəxslərdə bu xərc 1000 manatdan yuxarı olur. Səhiyyə Nazirliyindən və TƏBİB-dən Sputnik Azərbaycan-a bildirdilər ki, evdə müalicə alan xəstələrə yalnız vitamin paketi göndərilir. Ağır xəstələr isə xəstəxanaya yerləşdirilərək müalicəsi dövlət hesabına aparılır.

TƏBİB-in müalicə protokolu...

Qeyd edək ki, TƏBİB-in müalicə protokolunda evdə müalicə alan xəstələr üçün dərman preparatlarının təyini xəstəliyin yüngül-ağırlığına, yanaşı xəstəliklərin olub-olmadığına görə dəyişir. Yetkin şəxslərin müalicə protokolunda göstərilir ki, COVID-19 PCR testi müsbət olan şəxslərdə antiviral müalicə başlanmasını güclü şəkildə dəstəkləməkdədir. Ancaq erkən başlanan dərmanların daha təsirli olduğuna aid ümumi məlumatlara əsaslanaraq, xəstəni qiymətləndirən həkimin məsləhətinə əsasən, eyni zamanda yanaşı təsirləri mövzusunda diqqətli olmaq şərtiilə bu xəstələrə antiviral müalicə başlana bilər. Hospitalizasiya göstərişi olan Covid-19 hallarında müalicə tövsiyələri belədir. Ağırlaşmamış şübhəli/təsdiq olunmuş diaqnozlu COVID-19 hallarında Favipiravir1-200 mg tablet 1600 tablet x 2 dəfə başlanğıc, 600 mg tablet x 2 dəfə dəstəkləyici  5 gün təyin edilməlidir. Yüngül-orta gedişli pnevmoniyalı (Ağır pnevmoniya əlaməti olmayanlar) şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicə -Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici, 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici-5-10 gün aparılmalıdır. Ağır Pnevmoniyalı şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicədə isə Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici 5-10 gün edilməlidir.

Evdə müalicə protokolu dəyişdirilməlidir....

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, TƏBİB-in evdə müalicə protokolu yenidən işlənilməlidir. Onun sözlərinə görə, bu gün evdə müalicə alan orta-ağır xəstələr var ki, onların müalicəsi üçün evə göndərilən vitaminlərdən ibarət müalicə paketi yetərli deyil (Bu paket COVID-19 xəstəliyinə yoluxmuş bütün xəstələrə verilmir -Red.).

Həmsöhbətimiz deyir ki, tibb sahəsi üzrə Elmi Tədqiqat İnstitutunun aparıcı elmi əməkdaşları, infeksionistlər, pulmonoloqlar, və uzun ilər klinik farmokologiya ilə məşğul olan şəxslər evdə müalicənin istiqamətləri müəyyən edilməlidir:

"Burada orta, yüngül, ağır və çox ağır COVID xəstələrinin, eləcə də yanaşı xəstəlikləri olanların müalicə protokolu hazırlanmaldır. Bu gün biz TƏBİB-in evdə müalicə protokoluna baxsaq görərik ki, orada ümumi dərman preparatları öz əksini tapıb. Hamıya birmənalı olaraq 1000 mg C vitamini təyin etmək doğru deyil. Ola bilər ki, xəstə həmçinin şəkərli diabetdir. Bu zaman bu vitaminin qəbulu avtomatik şəkəri qaldıracaq. Bu da xəstəni ağırlaşdıra bilər. Yaxud da xəstənin böyrək problemi ola bilər. Bu zaman da protokoldakı dərmanlar ehtiyatla təyin edilməlidir. Ona görə də TƏBİB-in COVID-19-a görə müalicə protokolu yenidən işlənilməlidir. Yaxşı olar ki, protokol işləndikdən sonra ictimaiyyətə açıqlansın, eyni zamanda evlərə buklet formasında paylanılsın. Çünki, bu gün xəstəliyin evdə müalicəsi üzündən ağırlaşmalar olur. Bu gün virusu məhv edən dərman preparatı yoxdur. Mütləq şəkildə xəstələrə həkim baxışı olmalıdır. Protokolda xəstəyə kleksan vurulması tövsiyyə olunsa da hər xəstəyə də kleksan vurmaq olmaz. Qanın göstəriciləri normaldırsa cavan insanlara Kleksan təyin edilə bilməz".

Hər xəstəyə fərdi yanaşılmalıdır....

İnfeksionist bildirir ki, bu gün ölüm sayının artmasında şablon reseptlərdən istifadə az rol oynamır. Onun sözlərinə görə, COVID-in müalicəsində hər bir xəstəyə fərdi yanaşılmalıdır. Evdə müalicə protokolu yenidən hazırlanaraq  ictimaiyyətə açıqlanmalıdır.

Pulu olanlar özünə, olmayanlar Allah ümidinə...

Apardığımız araşdırmadan belə məlum oldu ki, hazırda evdə müalicə olunan xəstələrin sağalma şansı ən yaxşı halda öz maddi vəziyyətlərinə, ən pis halda isə Allaha bağlıdır. COVID-19-un müalicəsi üçün tələb olunan məbləğdən də görünür ki, bu xərci qarşılamaq evdə müalicə olunan orta statistik Azərbaycan vətəndaşı üçün elə də asan deyil. Virusun yoluxucu olduğunu, ailədə eyni zamanda bir neçə nəfərin bu xəstəliyə yoluxduğunu nəzərə alsaq, çəkilən xərc ən azı dörd dəfə artır. Beləliklə, bir ailədə dörd nəfər virusa yoluxursa onların evdə müalicəsinə 4 min manata yaxın pul tələb olunur...

Həmçinin oxuyun:

Həkimlər xəstələrin həyatı ilə oynayırlar - Qanunun qəbulu isə daşa dirənib

0
Teqlər:
COVID-19, Koronavirus, xəstəlik, xəstə, təbib