Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançımızdan böyük nailiyyət

© Sputnik / Murad OrujovMilli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub
Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək 4-cü yerdə qərarlaşıb

BAKI, 16 yanvar — Sputnik. 12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub: "Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub".

Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Darya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

Xəbər lenti
0