Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu idmançılara mənzil verildi – VİDEO

Abunə olmaq
K-1 idman növündə Azərbaycanı təmsil edən Zabit Səmədova, basketbolçu Amil Həmzəyeva mənzil verildi

BAKI, 18 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib.

Daha sonra 2017-ci ildə Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandıran, uğur qazanan idmançılara mükafatlar verilib. Bu ilin ən uğurlu idmançılarına mənzillər də təqdim olunub.

Bunlardan taekvondo idman növünün son dünya çempionatının qalibi Milad Beigi Hərçəqani və milli yığma komandanın böyük məşqçisi Rəşad Əhmədov, cüdo üzrə milli yığmanın üzvü Hidayət Heydərova, K-1 idman növündə Azərbaycanı təmsil edən Zabit Səmədova, basketbol idman növü üzrə Amil Həmzəyev və digərlər idmançılar yer alıb.

Xəbər lenti
0