BAKI, 18 dekabr — Sputnik. Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib.
Sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar Jurnalist", Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Dövlət başçısı İlham Əliyev Elxan Məmmədova, Tahir Gözələ və Fərid Qayıbova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.
Tədbirdə, həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov, Rəsul Məhəmmədov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.
Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.
BAKI, 20 aprel — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir.
"UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Serie A məlumat əldə edib ki, qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunması gözlənilir.
Həmin gün İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", İspaniyanın "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir. Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq", - deyə məlumatda bildirilir.
BAKI, 19 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) Varşavada keçirilən Avropa çempionatındakı ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyan üzərində qələbə çalıb. Sputnik Azərbaycan xəbər verir ki, 1/8 mərhələsindəki qarşılaşmada həmyerlimiz minimal xal üstünlüyü ilə qalib olub - 2:1. Rəhimzadənin 1/4 mərhələsindəki rəqibi bir qədər sonra məlum olacaq.
Azərbaycanın güləş ustalarından Əfqan Xaşalov (57 kq), Rəşad Yusifli (74 kq) və Şamil Zübairov (87 kq) müvafiq olaraq Yanis Martidis (Yunanıstan, 10:0), Andrey Sokalski (Polşa, 9:0) və Albert Saritov (Rumıniya, texniki qələbə) üzərində qələbə çalaraq ¼ finala yüksəliblər.
Daha bir güləşçimiz Turan Bayramov isə (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya) ilə görüşünü gözləyir.
BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.