Braziliya futbolçusu Ronaldinyo Bakıda

Əfsanəvi futbolçu seçim etdi: yaşıl meydandan siyasət meydanına

47
(Yenilənib 00:25 17.12.2017)
Digər məşhur futbolçu Romario da 2015-ci ildən etibarən ölkə senatında yer alır

BAKI, 16 dekabr — Sputnik. Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldinyo artıq siyasətlə məşğul olacaq. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, o, radikal sağçı Patriota partiyasından Senata namizədliyini irəli sürəcək.

37 yaşlı futbol əfsanəsinin 2018-ci ilin oktyabrında keçiriləcək parlament seçkilərinə qatılacağı bildirilib.

Qeyd edək ki, Braziliyada siyasətlə məşğul olan futbolçu tək Ronaldinyo olmayacaq. Digər bir məşhur futbolçu Romario da 2015-ci ildən etibarən ölkə senatında yer almaqdadır.

47
Teqlər:
Romario, namizədlik, Ronaldinyo, Senat, əfsanəvi boksçu, siyasət, futbol
Əlaqədar
Azərbaycanlı futbolçu növbəti uğura imza atdı
Dünyanın ən yaxşı futbolçusu dəyişmədi
Azərbaycanlı futbolçu barədə sərt qərar verildi
"Milan"ın ulduz futbolçusu azərbaycanlılara sahib çıxdı
Futbolçu 35 metrdən möhtəşəm qol vurdu - VİDEO
Fitnes zalı, arxiv şəkli

Azərbaycanda fitnes trenajor zalları açıla bilər, amma...

21
(Yenilənib 15:52 24.09.2020)
Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır. Sputnik Azərbaycan bildirir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə, nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır.

Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

21
Teqlər:
idman zalı, idman, Koronavirus, epidemiya, COVID-19, karantin

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ
20 nömrəli məktəbdə tədris prosesi

İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ susur

0
(Yenilənib 19:47 24.09.2020)
"Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Yeni tədris ilində iş dəftərlərinin satışı ilə bağlı qəribə vəziyyət yaranıb. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, aşağı siniflərdə iş dəftərlərinin satışı bu dəfə kitab mağazalarında deyil, poçt məntəqələrində həyata keçirilir. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, müəllimlər onlara 1 və 2-ci sinif üçün ana dili, riyaziyyat, ingilis dilindən iş dəftərləri almağı tapşırıblar. Bildirilib ki, iş dəftərlərini ancaq poçt məntəqələrindən ala bilərsiniz. Bəzi poçt məntəqələrində isə iş dəftərləri tapılmır: "Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı".

© Sputnik / Stringer
İş dəftəri

Sputnik Azərbaycan iş dəftərlərinin poçt məntəqələrində satışının səbəbini araşdırıb.

Xətai rayonu 3 saylı poçtun 16 saylı poçt şöbəsindən iş dəftərinin satıldığını təsdiqlədilər. Poçtdan Sputnik Azərbaycan-a bildirdilər ki, 1-ci və 2-ci sinif şagirləri üçün iş dəftərləri var: "Ana dili və riyaziyyat fənləri üzrə iş dəftərləri iki manat, ingilis dili üzrə iş dəftəri 3 manatdır".

6 saylı poçt filialının 53 saylı poçt şöbəsindən isə bildirdilər ki, iş dəftərləri satılıb qurtarıb. Əlaqə saxladığımız digər poçt məntəqələrinin də əksəriyyətindən iş dəftərlərinin satıldığını, bəzilərini isə çox az qaldığını bildirdilər.

İş dəftərlərinin hansı səbəbdən poçtda satıldığının səbəbini açıqlamadılar:

"Səbəbini biz özümüz də bilmirik. Təhsil Nazirliyindən poçtlara paylanıb, biz də satırıq".

Əlaqə saxladığımız digər poçtlardan da eyni cavabı aldıq. Bildirdilər ki, hansı səbəbdən iş dəftərlərinin poçtlara verildiyindən xəbərsizdirlər: "Bizə satmaq üçün veriblər, biz də satırıq".

"Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehman Mehdiyev isə Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, iş dəftərlərinin poçtlarda satılmasının səbəbi ilə bağlı sualları Təhsil Nazirliyinə ünvanlayın.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, "Azərbaycan dili" - tədris dili fənni üzrə 1-ci sinif üçün iş dəftəri üzrə müstəsna hüquqların sahibi Təhsil Nazirliyi, Təhsil Texnologiyaları Mərkəzidir. Təhsil İnstitutundan sözügedən şöbənin əməkdaşlarının pandemiyaya görə işə gəlmədiyini bildirdilər. Təhsil Nazirliyinin 146 "Qaynar Xətt"indən isə verdiyimiz sualın cavabını bilmədiklərini söylədilər.

0
Əlaqədar
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb