Futbolçu Arda Turan

Arda gedir, Məsud gəlir

94
(Yenilənib 10:23 15.12.2017)
Məsud Özilin transferi qarşılığında "Arsenal"-a nə qədər məbləğ ödəniləcəyi konkret açıqlanmır

BAKI, 14 dekabr — Sputnik. İspaniyanın "Barselona" futbol klubunda oynayan yarımmüdafiəçi Arda Turanın dövrə arası yanvar transfer pəncərəsində komandadan göndəriləcəyi bildirilib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, ispan klubu Ardanın yerinə başqa bir türk ulduz, "Arsenal"-ın formasını geyinən Məsud Özili heyətinə qatmağa çalışır.

"Barselona"-nın meneceri Pep Sequranın ötən həftə Özilin meneceri Erkut Söyüt ilə görüşərək transfer barədə razılaşdıqları iddia edilir. İddianı katalan klubuna yaxınlığı ilə bilinən "Sport" qəzeti ortaya atıb.

Məsud Özilin transferi qarşılığında "Arsenal"-a nə qədər məbləğ ödəniləcəyi konkret açıqlanmasa da, bu transferin böyük maliyyə qarşılığında gerçəkləşəcəyi gözlənilir.

94
Teqlər:
Məsud Özili, "Barselona" futbol klubu, vida, müqavilə, Arda Turan, Arsenal
Əlaqədar
Arda Turan Türkiyənin "media patronu"nun toyuna getmədi, çünki...
Arda Turan Fransa yolunda
Arda "Galatasaray"a gəldi...
Arda Turan məşhur jurnalisti döydü
Arda Turan "Beşiktaş"ın çempion olmasına münasibət bildirib
AVRO 2020 oyunlarına biletlər

AVRO-2020: Biletlər satışa çıxarılır

11
Koronavirus pandemiyasına görə təxitə salınmış AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Oyunlar Avropanın 11 şəhərində baş tutmalıdır.

BAKI, 14 may — Sputnik. Mayın 15-dən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq. Bu barədə AFFA məlumat yayıb.

Biletlərin satış məntəqələri ilə aşağıdakı cədvəldə tanış ola bilərisiniz:

© Photo : AFFA
Cədvəl

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

Biletləri qiymətləri:

1-ci kateqoriya - 250 AZN

2-ci kateqoriya - 150 AZN

3-cü kateqoriya - 60 AZN

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu

12 iyun, saat 17:00

Uels – İsveçrə

16 iyun, saat 20:00

Türkiyə - Uels

20 iyun, saat 20:00

Türkiyə - İsveçrə

1/4 final mərhələsinin oyunu

3 iyul, saat 20:00

Koronavirus pandemiyasına görə təxitə salınmış AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Oyunlar Avropanın 11 şəhərində - Bakı, Sankt-Peterburq, Sevilya, Münhen, London, Roma, Kopenhagen, Amsterdam, Budapeşt, Buxarest və Qlazqoda keçirilməlidir.

11
UEFA loqosu, arxiv şəkli

İstanbul bir itkinin əvəzini iki qazancla çıxacaq - UEFA-dan möhtəşəm qərar

444
İstanbulun iki böyük tədbirə ev sahibliyi etmək barədə qərarların, UEFA İcraiyyə Komitəsinin həyata keçirəcəyi ilk toplantıdan sonra ictimaiyyətə elan edilməsi gözlənilir.

BAKI, 14 may — Sputnik. 2023-cü ildə İstanbul UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Sputnik Azərbaycan bu barədə Anadolu Agentliyinə istinadən məlumat verir.

UEFA-nın 2021-ci il Çempionlar Liqası finalını İstanbuldan Portuqaliyanın Porto şəhərinə keçirmə qərarından sonra Türkiyə Futbol Federasiyası (TFF) ilə UEFA arasında keçirilən müzakirələrdə İstanbulun 2023-cü ildə oynanılacaq Çempionlar Liqası finalina ev sahibliyi edəcəyi qərarına gəlindiyi məlum olub.

Üstəlik bu ilin avqustunda oynanılacaq UEFA Superkuboku uğrunda görüşün də İstanbulda keçirilməsi barədə də razılıq əldə edildiyi bildirilir.

İstanbulun iki böyük tədbirə ev sahibliyi etmək barədə qərarların, UEFA İcraiyyə Komitəsinin həyata keçirəcəyi ilk toplantıdan sonra ictimaiyyətə elan edilməsi gözlənilir.

Xatırladaq ki, UEFA  dünən mayın 29-da İstanandabulda keçirilməsi planlaşdırılan Çempionlar Liqası finalının Portuqaliyaya keçirildiyini bildirib. Səbəb finalda iki ingilis klubunun oynamasıdır. Böyük Britaniya hökumətinin qərarına əsasən, bu ölkənin vətəndaşlarının Türkiyəyə getmək məsələsində ciddi məhdudiyyətlər mövcuddur və o səbəbdən britaniyalı oyunçular İstanbula gələ bilməyəcəklər. Beləliklə, İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları arasında final oyunu Portuqaliyanın Porto şəhərində keçiriləcək.

444
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

0
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

0