Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı futbolçu növbəti uğura imza atdı

© Sputnik / Alexey KudenkoФутбольный мяч. Архивное фото
Футбольный мяч. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb

BAKI, 11 dekabr — Sputnik. Kipr çempionatında 15-ci turun oyunları keçirilib.

Sputnik Azərbaycan qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" doğma meydanda "Alki Oroklinis"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90-cı dəqiqədə komandasının qələbə qolunu vurub.

Qeyd edək ki, "Anortosis" 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onu liderdən cəmi 2 xal ayırır.

Xəbər lenti
0