Futbol meydançası

Azərbaycanlı futbolçu barədə sərt qərar verildi

211
(Yenilənib 15:20 06.12.2017)
Daha bir futbolçu ömürlük futboldan uzaqlaşdırıldı

BAKI, 6 dekabr — Sputnik. Bu gün AFFA-nın İntizam Komitəsi yeni qərarlar qəbul edib. Onların içərisində ən diqqətçəkəni daha bir futbolçunun ömürlük futboldan uzaqlaşdırılmasıdır.

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "İnter" Peşəkar İdman Klubunun (hazırkı "Keşlə" klubu) və "Neftçi" Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə "Neftçi" PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

"Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin. Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər" — deyə qurumun çıxardığı qərarda bildirilir.

211
Teqlər:
Ağakişi Mehdizadə, İntizam Komitəsi, AFFA, futbolçu, idman, qərar, futbol
Əlaqədar
Türk futbolunun əfsanəsi "Qarabağ"a azarkeşlik etməyə gəlib
Futbolçu 35 metrdən möhtəşəm qol vurdu - VİDEO
Türkiyədə məşhur futbolçu barəsində həbs qərarı çıxarıldı
Onu yenidən ilin futbolçusu seçdilər
"Çelsi"-nin futbolçuları Bakıda seçim etdilər - Maraqlı
Ulduz futbolçu 4-cü dəfə ata oldu