Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı

Qurban Qurbanov: "Roma"nın şansı bizdən asılı ola bilər"

42
(Yenilənib 15:20 05.12.2017)
Belə bir oyunda 3 əsas müdafiəçimizin olmaması böyük problemdir

BAKI, 4 dekabr — Sputnik. "Son oyunumuzu keçirəcəyik. Nəticədən razı qala bilmərik. Amma böyük faydası oldu, təcrübə topladıq. Ola bilsin, "Roma"nın şansı bu oyundan asılı olsun. Amma bu, futbolçularımın özlərini göstərmələri üçün böyük imkan olacaq".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl keçirilən mətbuat konfransında deyib.

Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Hansı baş məşqçi sizdə xoş təsir bağışladı, Konte yoxsa Di Françesko?

— Hər ikisi barədə xoş söz deyə bilərəm. Amma hərəsinin öz oyun üslubu var. Onları bir-birindən ayırmazdım. "Çelsi"nin qapısından 2 oyuna 6 qol keçirmək asan deyil. Ona görə də bizi necə rəqibin gözlədiyini bilirik.

- "Qarabağ" sabah meydana nə üçün çıxacaq?

— Bu oyun son böyük oyundur. Hər bir oyun bizə böyük təcrübə, inam verir. Sabah daha yaxşı oyun göstərəcəklər. Təzyiq altda yox, rahat oynamağa çalışacağıq.

- Amma böyük oyuna ciddi itkilərlə çıxacaqsınız…

— Belə bir oyunda 3 əsas müdafiəçimizin olmaması böyük problemdir. Amma çempionat ərzində rotasiya etmişik. Pedro Enrike də oynamayacaq. Amma ən yaxşı oyunlarını sərgiləyəcəklərinə inanıram.

- Sizcə, bundan çox xal toplamaq olardı?

— Real baxmalıyıq. Qrupa düşəndə bəlkə də, hamı fikirləşirdi ki, biz xal toplamayacağıq. Amma "Atletiko"dan 2 xal götürdük. Qazancımız belə ölkələrin Bakıya gəlməsi idi. Uduşlarımız çoxdur. Həm "Qarabağ", həm də Azərbaycan futbolu böyük təcrübə qazandı. Razıyam. Amma bəzi problemlər olmasaydı, daha böyük nəticələr göstərə bilərdik.

- "Roma" ilə oyunda şanssız məğlubiyyət aldınız. Bakıdakı oyundan sonra komandada nələr dəyişdi?

— Əlbəttə, rəqibin gücünü daha yaxından tanıdıq. İlk 20 dəqiqəni çıxsaq, yaxşı oynadıq. Komandada özünəinam yarandı. Futbolçularda özünəinamın çoxalması və meydanda ortaya qoymaları çox vacibdir. İlk oyunla müqayisədə bu gün futbolçularım özlərini daha inamlı hiss edirlər.

- Millidə vəzifənizin icrasına başlamısınız. Yoxlama oyunları üçün rəqiblərinizi və köməkçilərinizi müəyyənləşdirmisiniz?

— Milli barədə çox məlumat vermək istəmirəm. Yanvarda ilk oyunumuz olacaq. Rəqib axtarırıq. Bu yaxınlarda açıqlama veriləcək. Az da olsa, hazırda vaxt ayırıram.

- Çempionlar Liqasında qrupda iştirakı, yoxsa Avroliqada yaza qalmağı üstün tutarsınız?

— İlk növbədə, ölkə çempionatında qalib olmalıyıq. Həmişə ən üst hədəfi götürürük. Avroliqada yenə eyni səviyyədə çıxış edə də bilərik, Çempionlar Liqasında yüksək hədəflər uğrunda mübarizə apara da.

42
Teqlər:
"Roma", "Qarabağ", İtaliya, Qurban Qurbanov, Çempionlar Liqası, mətbuat konfransı
Əlaqədar
"Formula 1" ulduzundan Qurban Qurbanova hədiyyə
Qurban Qurbanov milli komandanın problemlərindən danışdı
"Qurban Qurbanov AFFA-dakı "menecer"ləri yox etməlidir, əks halda..."
Qurban Qurbanov danışdı: “Bu suala cavab verə bilməyəcəm”
Qurban Qurbanov yüksək posta təyin olundu
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

30
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

30
Qarabağ - Legiya matçı

Türkiyə "Qarabağ"a qucaq açdı

37
(Yenilənib 20:24 22.10.2020)
Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib

BAKI, 22 oktyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İspaniyanın "Vilyarreal" komandası ilə qarşılaşacağı meydan bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Vurğulanır ki, hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib. İki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ımızın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

"Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klubumuz tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ"ımız "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək", - açıqlamada deyilir.

"Qarabağ" Futbol Klubu "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

37
Teqlər:
Türkiyə, qrup mərhələsi, Avropa Liqası, "Qarabağ" FK, futbol
Əlaqədar
Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”
"Qarabağ" qardaş Türkiyəni seçdi
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qoşunlarımız Xocavənd, Qubadlı Laçın ərazisində yeni mövqelərə irəliləyib

34
(Yenilənib 08:25 25.10.2020)
Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə