Rikardo

"Formula 1" ulduzundan Qurban Qurbanova hədiyyə

94
(Yenilənib 22:44 29.11.2017)
"F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red bull"un pilotu olan Daniel Rikkardo "Atlılar"ın qonağı olub

BAKI, 29 noyabr — Sputnik. Bu gün "Qarabağ" Futbol Klubunun axşam məşqində sürpriz qonaq iştirak edib.

Sputnik Azərbaycan klubun saytına istinadla xəbər verir ki, "F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red bull"un pilotu olan Daniel Rikkardo "Atlılar"ın qonağı olub.

F1 Bakı Qran Prisinin sonuncu qalibi, Red bullun pilotu olan Daniel Rikkardo və Qurban Qurbanov
"F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red bull"un pilotu olan Daniel Rikkardo və Qurban Qurbanov

Komanda isə kiçik tanışlıqdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov avstraliyalı pilota onun adının yazıldığı "Qarabağ"ın formasını hədiyyə olaraq verib.

Rikkardo isə öz ayaqqabılarını imzalayaraq baş məşqçiyə təqdim edib.

Daha sonra futbolçularla söhbət edən Rikkardo bir neçə dəqiqə komandanın oyunçuları ilə birlikdə məşqdə iştirak edib.

94
Əlaqədar
Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır
Formula 1 azarkeşlərinin sayı məlum oldu
Formula 1 Azərbaycan Qran Prisinin qalibi bəlli oldu
Formula 2-nin növbəti yarışı başladı