Milli Olimpiya Komitəsi

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

65
(Yenilənib 11:15 27.11.2017)
Bakının Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

BAKI, 27 noyabr — Sputnik. 25 noyabr 2017-ci il tarixində Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında, 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimatı keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərasimdə müqaviləni gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi imzalayıblar.

Həmçinin, tədbirdə Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalına dair təqdimat Gənclər və İdman naziri (GİN) Azad Rəhimov və GİN-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib.

65
Teqlər:
Azad Rəhimov, Milli Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Zaqreb şəhəri, Xorvatiya
Əlaqədar
Bir il müddətinə beynəlxalq yarışlardan uzaqlaşdırıldıq
Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək
Prezident: Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü göstərir