Qarabağın  azarkeşləri

İngilis azarkeşlər Bakıya gəlmələrinə peşman oldular

1337
(Yenilənib 17:59 23.11.2017)
Onlar Bakı küçələrini bir-birinə qatıb, azərbaycanlı polislərə unuda bilməyəcəkləri xatirə yaşatmaq istəyirdilər

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. İngilis azarkeşlər dünyada ən dağıdıcı, ən çılğın azarkeşlər kimi tanınır. Bu, getdikləri yerdən və ölkədən asılı olmayaraq belədir. Üstəlik əgər komandaları qalib gəlibsə, artıq həmin gecə səhərə qədər asayiş keşikçilərinə yatmaq haramdır. Əyləncənin, içkinin dozasını o qədər qaçırırlar ki, rəqib komanda fanatlarına söz atmasalar, dava salmasalar, olmur sanki.

Dünənki "Qarabağ" ilə oyunsonrası isə mənzərə tamam başqa idi. Sanki, stadiondan səssiz-səmirsiz çıxanlar ingilislər yox, sarı saçlı, mavi gözlü azərbaycanlılar idi. Baxmayaraq ki, "Çelsi" 4-0 hesabı ilə qalib gəlmişdi.

Nə qədər qəribə səslənsə də, bir çox "Qarabağ" azarkeşləri soyuq və buzlu havada dayanıb gözləyirdilər ki, ingilislər çılğınlıq etsin, onlar da həmin çılğınlığı telefona çəkib sosial şəbəkələrə yükləsinlər. Amma olmadı, ingilislər əylənmədilər, içdilər, amma qədərində. O da əylənmək üçün yox, dünənki soyuqda üşüməmək üçün.

Bizə də maraqlı gəldi. Axı bunlar niyə xuliqanlıq etmirlər ki, biz də çəkək, görüntülü xəbər kimi saytımıza yerləşdirək. Yerləşdirək ki, oxucu sayımız artsın.

Yaxınlaşdıq və səbəbini özlərindən soruşduq. Verdikləri cavabdan sonra İngiltərə Premyer Liqasının nə üçün dünyada ən baxımlı, ən reytinqli çempionat olduğunu anladıq.

Фабрегас празднует свой гол
© Photo : Action Images via Reuters/Peter Cziborra

Hansı birinə yaxınlaşdıqsa, eyni cavabı alırdıq. Hakimi təhqir edir, söyürdülər. "O portuqal f….ə oyundan həzz almağa imkan vermədi" deyirdilər. İngilislər üçün hesabın önəmi yoxdur. Onlar sürətli, ədalətli, 11-11-ə bitən matç görmək istəyirlər.

Onlar meydanda əsl savaş, ləngiməyən, axıcı oyun görmək istəyirdilər. Matçdan sonra Bakı küçələrini bir-birinə qatıb, azərbaycanlı polislərə unuda bilməyəcəkləri xatirə yaşatmaq istəyirdilər.

Londondan təyyarəyə minib Bakıya ona görə gəlmişdilər. Ancaq portuqaliyalı referi onların bu arzusunu gözlərində qoydu. "Qarabağ"-a 2 penalti, 1 qırmızı kart. Nəticə 0-4 "Çelsi"-nin xeyrinə.

Nəticə — hakim ingilislərin oyundan ləzzət almasına əngəl oldu.

"Çelsi" fanatları hakimin bərbad olduğunu, oyunu məhv elədiyini söylədilər. "Qarabağ"-ın qapısına verilən penaltilərin Çempionlar Liqası tarixində verilən ən ədalətsiz penaltilər olduğunu dedilər…

1337
Teqlər:
portuqal, "Çelsi", ingilis, əyləncə, "Qarabağ", matç, hakim, Premyer Liqa, hesab, oyun, qələbə, azarkeş, futbol
Əlaqədar
"Qarabağ"dan məyusedici nəticə
Türk futbolunun əfsanəsi "Qarabağ"a azarkeşlik etməyə gəlib
Məşqçi: "Qarabağ" yaxşı oynamağa məcburdur
"Qarabağ" üçün sürpriz hazırlanıb
Hadisə yerində

Ermənistanın raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb - FOTO

22
(Yenilənib 15:08 29.10.2020)
Xoşbəxtlikdən, işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib

BAKI, 29 oktyabr — Sputnik. Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülkü obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə də dəyən ziyan nəticəsində kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxlb.

Bu barədə Milli Olimpiya Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun sözlərinə görə, xoşbəxtlikdən, işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib. 

  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
1 / 7
© Photo: National Olympic Committee of Azerbaijan
Hadisə yerində

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standarlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

22
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir
Bir ay ərzində doxsan dinc sakinimiz erməni terrorunun qurbanı olub
Prezidentin köməkçisi: "Paşinyan, böyük səhv etdin"
Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət – video
Yelena Parxomenko

Yelena Parxomenko: Özümü azərbaycanlı hesab edir Qarabağda qələbə gözləyirəm

73
(Yenilənib 13:24 28.10.2020)
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko azərbaycanlı əsgərlərə dəstəyini bildirib

BAKI, 28 oktyabr – Sputnik, Teymur Tuşiyev. Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq üzvü Yelena Parxomenko Qarabağda əks-hücum əməliyyatları yerinə yetirən Silahlı Qüvvələrimizdən böyük uğurlar gözləyir. Bu barədə o, bacısı Oksana Kurt-Parxomenkonun Facebook sosial şəbəkəsində yerləşdirdiyi müraciətində deyib.

Yelena Parxomenko Bakıda doğulub. Atası ukraynalı, anası rusdur. Buna rəğmən, millimizin sabiq üzvü özünü azərbaycanlı hesab edir.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

“Azərbaycan – mənim Vətənimdir. Valideynlərim, bacım, mən – burada doğulmuşuq. Bütün qəlbimlə Azərbaycanın yanındayam. Bəziləri deyə bilərlər ki, mən ukraynalıyam, amma yox, Mən Azərbaycanda doğulmuşam, bura mənim ölkəmdir və özümü azərbaycanlı sayıram”, - Parxomenko deyib.

© AFP 2020 / KAZUHIRO NOGI
Yelena Parxomenko

Azərbaycan millisinin heyətində beynəlxalq yarışlara Parxomenko 1996-cı ildən çıxmağa başlayıb. O, həmçinin Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “Azəryol” komandalarında da forma geyinib.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

Keçmiş voleybolçu vurğulayıb ki, bəzi başqa dövlətlərdən fərqli olaraq, Azərbaycanda heç vaxt dini problem olmayıb.

“Bir xristian kimi deyə bilərəm ki, bu gün Azərbaycanda siz məscidə də, kilsəyə də, sinaqoqa da gedə bilərsiniz. Bizdə katolik və pravoslav kilsələri var. Hətta Salyan kazarmasının yanındakı kilsəmizin mesenatının da azərbaycanlı olduğunu bilirəm. Bizim ölkəmiz tamamilə tolerant və dünyəvidir”, - Parxomeko qeyd edib.  

Azərbaycan millisinin sabiq üzvü bütün ön cəbhə boyu əks-hücum əməliyyatı aparan əsgərlərimizə dəstəyini bildirib.

© AFP 2020 / TOSHIFUMI KITAMURA
Yelena Parxomenko

“İstəyirəm ki, dövlətimizi qoruyan əsgərlərimiz bilsinlər ki, burada, Bakıda, hər bir evdə onlara inanır, onlardan qələbə gözləyirlər. Biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!” – deyə Parxomenko əlavə edib.  

73
Teqlər:
Karabakh is Azerbaijan, Qarabağ, Yelena Parxomenko, milli yığma, voleybol, azərbaycanlı, dəstək, Azərbaycan Ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Rusiyalı stilistdən Azərbaycana dəstək
İsraildən Azərbaycana qardaş yardımı
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağ münaqişəsinin bu yerə gəlməsində SSRİ rəhbərliyini günahlandırıb

0
(Yenilənib 18:30 29.10.2020)
Rusiya prezidenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

BAKI, 29 oktyabr — Sputnik. Dağlıq Qarabağdakı vəziyyət yalnız hər iki tərəfin - Azərbaycan və Ermənistanın maraqlarının balansı tapıldıqda həll edilə bilər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "VTB Kapital"ın "Rusiya çağırır!" investisiya forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

Rusiya prezidenti Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.

"Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi", - deyə Putin bildirib.

0