Şenol Günəş

Türk futbolunun əfsanəsi "Qarabağ"a azarkeşlik etməyə gəlib

96
(Yenilənib 18:21 22.11.2017)
Şenol Günəş "Qarabağ" - "Çelsi" matçını izləmək üçün Bakıya gəlib

BAKI, 22 noyabr — Sputnik. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi” ilə bu gün keçirəcəyi oyunu tanınmış simalar da izləyəcək.

Apasport.az saytının məlumatına görə, onlar arasında “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də olacaq.

Buna səbəb Bakı Olimpiya Stadionunun dünən gecə saatlarında “ağ-qara” rəngə bürünməsi və “Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul nəhənginə dəstək verməsidir. Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, “Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olacaq.

Şenol Günəş Türkiyə yığmasının bürünc medal qazandığı 2002-ci ildə komandanın baş məşqçisi olub.

96
Əlaqədar
Məşqçi: "Qarabağ" yaxşı oynamağa məcburdur
"Qarabağ" üçün sürpriz hazırlanıb
"Qarabağ"-"Çelsi" oyununa bilet alanların diqqətinə
"Qarabağ" kubokunun qalibi müəyyən olunub
AVRO 2020-nin loqosu loqosu, arxiv şəkli

AVRO-2020-nin keçirilməsi ilə bağlı üç senari açıqlandı

9
(Yenilənib 20:58 01.12.2020)
UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Futbol üzrə Avropa Çempionatının – AVRO-2020-nin Rusiya hissəsinin təşkilat komitəsinin baş katibi Aleksey Sorokin turnirin keçirilməsi üçün 3 ssenarini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Sorokin bildirib ki, AVRO-2020 tam miqyasda, stadiona məhdud şəkildə azarkeşlər buraxılmaqla və ya tam olaraq azarkeşsiz keçirilə bilər.

Onun sözlərinə görə, UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

AVRO-2020 ötən ilin yayında Avropanın 12 şəhərində keçirilməli idi. Pandemiya səbəbində turnir 2021-ci il 11 iyun - 11 iyul aralığında keçiriləcək. Oyunları Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidirlər. Hər iki yarımfinal və final oyunları Londonun "Uembli" stadionunda olmalıdır. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu və 1/4 finalın bir görüşü keçirilməlidir.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3