Futbol topu

"Qarabağ" kubokunun qalibi müəyyən olunub

35
(Yenilənib 11:14 20.11.2017)
Yarışda 11 komandanın iştirakı nəzərdə tutulsa da, 3 komandanın qatılmaması üçün onlara texniki məğlubiyyət verilib

BAKI, 20 noyabr — Sputnik. 17-18 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və BrendSport.az saytının təşkilatçılğı ilə, Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyinə və "Qarabağ" futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətlərə dəstək olaraq media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri – "Qarabağ" kuboku keçirilib.

Qarabağ - Atletiko Madrid qarşılaşması
© REUTERS / Sergio Perez

Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin rəsmiləri, televiziya kanallarının çəkiliş qrupu iştirak edib. Estrada ulduzlarının iştirakı ilə konsert proqramı keçirilib.

Rəsmi açılışı mərasimindən və konsert proqramından sonra "Qarabağ" kuboku start götürüb. Turnirdə 11 komandanın iştirakı nəzərdə tutulsa da, 3 komandanın qatılmaması üçün onlara texniki məğlubiyyət verilib. Püşkatma mərasimindən sonra digər komandaların iştirakı ilə reqlamentə uyğun olaraq həyata keçirilib.

YAP-ın 25 illiyinə həsr olunmuş “Qarabağ” kuboku başa çatdı
© Photo : brendsport
YAP-ın 25 illiyinə həsr olunmuş “Qarabağ” kuboku başa çatdı

Turnirdə bütün görüşləri qələbə ilə başa vuran ATV kanalının komandası I yerə layiq görülüb. II yeri Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinin tələbələri və BrendSport.az saytının birgə komandası tutub. III yeri isə "Lider" televiziyasının komandası layiq görülüb.

Qeyd edək ki, turnirdə "Ən yaxşı qapıçı" adına İlkin İmanov və "Ən yaxşı oyunçu" adına Səlim Abbasov layiq görülüb. Turnirin bombardiri isə İslam Mehrəliyev olub.

35
Teqlər:
"Qarabağ" kuboku, layiq, kubok, Gənclər və İdman Nazirliyi, komanda, Azərbaycan
Əlaqədar
"Qarabağ"dan ikinci sensasiya: Bu dəfə İspaniyada
"Atletiko" ilə oyun öncəsi "Qarabağ"a əla motivasiya: sensasiyalı qələbə
Təcrübli məşqçi: "Qarabağ"a mütləq qələbə lazımdır
"Qarabağ"ın adı Kuba ensiklopediyasına salınıb
Ağdamda Cümə məscidi

"Qarabağ"ın futbolçuları Ağdam məscidində ibadət etdilər "İmarət" stadionunda oynadılar

32
(Yenilənib 16:55 28.11.2020)
"Qarabağ" futbol klubunun üzvləri bu gün Ağdamda Cümə məscidini ziyarət ediblər və "İmarət" stadionunda simvolik futbol oynayıblar.

BAKI, 28 noyabr — Sputnik. "Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular da yer alıb.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.

Sonra Ağdam klubu doğma meydanda ("İmarət" stadionunda) simvolik olaraq futbol oynayıb.

Simvolik matç Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində baş tutub.

"Qarabağ"ın legionerləri də Ağdam şəhərinə aparılıb.

  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
1 / 3
© Photo : APA
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb

Bu, Qarabağ" futbol klubunun 27 ildən sonra işğaldan azad edilmiş Ağdama ilk səfəridir.

Komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə ilk dəfə 1987-ci ildə yaşıl sahələrə çıxmağa başlayıb. 

Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

32
Teqlər:
Ağdam, "Qarabağ" FK, Qarabağ
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

30
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

30
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

0
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

0
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla